11 ay əvvəl
Bu sondur yoxsa?
11 ay əvvəl
Heyf…
12 ay əvvəl
Qadağalar qaydası…
12 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

xl 10Xəzər Lənkəran” Futbol Klubu və İdman Araşdırmalar Mərkəzi (İAM) klubun 10 illik yubileyinə həsr olunmuş daha bir layihəni yekunlaşdırıb.

Bu dəfə İAM klubun tarixi ərzində ən yaxşı yerli futbolçusunu, legionerini və simvolik komandasını seçib.

Bu məqsədlə ölkəmizin aparıcı KİV-lərində çalışan idman jurnalistləri arasında sorğu keçirilib. Respondentlərə İAM-ın Ekspert və Qiymətləndirmə Qrupunun müəyyənləşdirdiyi 33 namizəd futbolçu arasından seçim aparmaları təklif olunub.

Həmin oyunçulardan 3-ü qapıçı, hərəyə 12-si müdafiəçi və yarımmüdafiəçi, 6-sı isə hücumçudur. Həmkarlarımız bu siyahıdan ən yaxşı yerli və əcnəbi futbolçunu, eləcə də 1-4-4-2 taktiki sxeminə uyğun olan oyunçuları seçiblər.

Simvolik komanda:

I. Qapıçı (1): Kamran Ağayev (32 səs)

II. Mərkəz müdafiəçiləri (2): Adrian Skarlatake (30), Elvin Begiri (13)

III. Sağ cinah müdafiəçisi (1): Füzuli Məmmədov (25)

IV. Sol cinah müdafiəçisi (1): Radomir Todorov (15)

V. Dayaq yarımmüdafiəçisi (1): Rahid Əmirquliyev (29)

VI. Mərkəz yarımmüdafiəçisi (1): Mario Souza (18)

VII. Sağ cinah yarımmüdafiəçisi (1): Julius Vobay (17)

 VIII. Sol cinah yarımmüdafiəçisi (1): Adrian Pit (22)

IX. Hücumçular (2): Zaur Ramazanov (29), Oqtay Dərəlioğlu (14)

X. Ən yaxşı yerli futbolçu – Rahid Əmirquliyev (14)

XI. Ən yaxşı legioneri – Oqtay Dərəlioğlu (11)

Qeyd edək ki, sorğuya elə namizədlərin sayı qədər – 33 respondent qatılıb.

MƏNBƏ: lankaranfc.com

7 Şərh

  1. bu xezer lenkeranda genclesdirme deyil bu daha cox soyqirima oxsadi hamini komandadan ayirdilar

  2. Salam Dusunurem ki, bizim reylerimize, tekliflerimize rehberlik terefinden hec bir marag yoxdur.Cun ki, onlari fikirlerinden biz dondere bilmerik.Birdeki hacan rehberlik biz azerkeslerin isteyini nezere alib ki, indi alsin. Ona gore bax bu kimi proseslerin sahidi olurug. Tesevvur edin Interin, Neftcinin Garabagin biz geder azerkesi olsaydi komanda rehberliyi azerkeslerin butun arzularini olmasada, mueyyen arzulariyla hesablasardilar.Amma bizim rehberlik gorun neyneyir. Guyuya su tokmekle guyu dolmaz. Serisdesizlere hec bir rey vermek lazim deyil.Onlar onsuzda bizleri basa dusmezler. Fikirleri ise ancag hansi yolla olursa olsun para gazanmagdir. Lap Garbacovun yolunu getmekle yenidengurma etmek isteyirler.Elesinler meger yenidengurmanin toretdiyi fesadlarini gormurlermi?

    PARA ILE XEZERI,
    EVVELCE UCALTDILAR.
    ON YASDA CAVAN IKEN,
    DERD VERIB GOCALTDILAR.

    TEKLIF VERIB REHBERE,
    TESIR ETMEK OLARMI?
    GUYUDA SU YOXDURSA,
    SU TOKMEKLE DOLARMI?

  3. Nureddin says:

    Martyowkin
    Skarlatake
    Begiri
    Eder
    Scarduelli
    Alviz
    Souza (Diego Gusmao)
    Pit
    Wobay
    Civetkov
    Parks

  4. indi bele seylerin yeri deyil .bizi dusundurem nefcinin,garabagin,qebelenin,interin qabaginda biabir olmamaqdir.inandirim sizleri indiden fikirlesirem oyunlar vaxti gozum ancaq saatda olacaq antirekordlar duzulecek ALLAH ozu dadimiza catsin

  5. Kohne azarkes says:

    Admin qardaş yaxşı olardı ki, bu sorğuya klubun azarkeşləri səs verib qalibleri ve ya simvolik kamandani seceydiler. Kulub onsuz da azarkesleri saymir. Yoxsa bu agir gunde kuluba dayag olan azarkesleri sayib sorgunu onlar arasinda kecirerdi. ne ise her sey cehennem olsun. Xahis edirem ki siz bu sorgunu ele bu saytimizda keciresiniz ve azarkesler oz simvolik komandalarin secsinler. A kisi bele sey olar, o boyda Chvetkov yaddan cixir Martyoskin yaddan cixir Parks yaddan cixir. Xususile mesqci de yaddan cixir. Siz teskil eliyin ve sevimli mesgcini de siyahiya salin, xahis edirem. Men ve menim yaxin doslarim da bu fikre gelmisik.

  6. Zəfər Lerikli says:

    Salam.Əvəzedici heyətlə necə taniş olmaq olar.Adlari və fotoşəkillərini sayta vermək olarmi?.Ən azi bu oyunçularla qiyabi taniş olmaq olardi.Təşəkkur edirəm.

  7. Qardash Ivan Svetkov harda qaldi? Azerbaychana Svetkov seviyyali futolcu gelmeyib.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


doqquz − = 5