10 ay əvvəl
Bu sondur yoxsa?
11 ay əvvəl
Heyf…
11 ay əvvəl
Qadağalar qaydası…
11 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

XL_10 il esas - 2Premyer Liqanın 2013/14 mövsümünün qış fasiləsində istirahətə çəkilən “Xəzər Lənkəran” yeni ilin  ilk günlərində bir araya gələrək təlim-məşq toplantısı keçəcək. Yanvarın 3-də Türkiyəyə yollanacaq komandamız Antalyanın Bələk bölgəsində yerləşən “Ela Quality Resort” otelində məskunlaşacaq. Qeyd edək ki, turnir cədvəlinin 8-ci pilləsində qərarlaşan “Xəzər Lənkəran” mövsümün arxada qalan 18-turunda uğursuz çıxışı ilə yadda qalmışdır. Komandamız rəqib qapılarına yol tapmaqda çətinlik çəkməyi ilə də tarixinin ən aşağı göstəricisinə imza atmışdır. Belə ki, 2004-cü ildən bəri “Xəzər Lənkəran” ölkə  çempionatlarının ilk 18-turlarında məhsuldarlığı ilə cari mövsümdən daim üstün olub. Mövsümün arxada qalan oyunlarında komanda öz qapısına buraxdığı qolların sayına görə də digər bir antirekordunu yaratmşdır. Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqanın 18-turunda 5-qələbəyə sevinmiş, 6-dəfə məğlubiyyət acısı yaşamış və 7-matçı bərabərə bitirmişdir. Rəqib qapılarına göndərdiyi 16-topun əvəzində öz qapısında 24-top görmüşdür.

Aşağıda “Xəzər Lənkəran” komandasının yubilye mövsümündə, Premyer Liqanın I və II dövrələrində vurduğu bütün qolların videgörüntüsünü təqdim edirik. Onu da bildirək ki, videomaterial klubun rəsmi saytına məxsusdur.

 

4 Şərh

  1. Tounkaraa Ogulduyee Ogul

  2. AYY AMANNN, AFFA NEFTÇİNİ CƏRİMƏLƏYİB, ÖZÜDƏ 10000 MANAT. BU PULU KİM VERƏCƏK, KİM ÖDƏYƏCƏK GÖRƏSƏN?
    SADIQ SAIQOV,RAMİN MUSAYEV,TAHİR SÜLEYMANOV…. YƏQİN STAMİNKOVİÇ, FLAVİNİO YA DA ƏKƏBALA BAHADIR ÖDƏYƏCƏK.
    OLA BİLSİN, OLA BİLSİN RAMİN MUSAYEV ÖDƏDİ ÖZ CİBİNDƏN.
    AĞIR DƏRDDİ.KAMANDAYA QARŞI HAQSIZLIQDI.HAMIDAN ÇOX CƏRİMƏLƏYİRLƏR BU NEFTÇİNİ.
    AYIBÇILAR.KİMİ ALDADIRSIZ, KİMƏ KƏLƏK GƏLİRSİZ.
    BƏLKƏ CİBİNİZDƏN CƏRMƏ ÖDƏYƏCƏKSİZ, CAR CƏKMİSİZ MƏTBUATIN CANINA BİZİ CƏRİMƏLƏYİBLƏR.
    YAZIQLAR OLSUN BU XALQA.HƏMİŞƏ ÇANAQ BU XALQIN BAŞINDA SINIB.ATIŞIB ÖDƏYƏRLƏR ÖZ DAXİLİ İMKANLARI HESABINA.
    NARAHATÇILIQA ƏSAS YOXDUR………

  3. Hörmətli Admin,Salam! “Sumqayıt”la oyuna qədər E.Mbilla rəqib qapılarına 4-top vurmuşdu. Ancaq bombardirlər siyahısında Etamenin adı yox idi. Komandamızdan yalnız 4-qolla J.Nildonun adı siyahıda yer almışdı. Birinci dövrədə E.Mbilla artıq 6-qol vurub. İkinci dövrədə komandamız güclənərsə Mbilla da qollarının sayını artırıb V.Cavadovu keşə bilər.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


doqquz − 3 =