1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

itdirseyiO əcaib penalti epizodundan sonra Xaqani Məmmədov açıqlama verib.

Deyib ki, Ramil Diniyevin qərarı düzdür, penalti var idi: “Epizoda diqqətlə baxsanız, “Xəzər Lənkəran”ın kapitanı Tural Cəlilov “Rəvan”ın oyunçusu Ruslan Tağızadənin sinəsinə dirsəklə zərbə endirir. Bu, Tağızadənin topa yiyələnərək, irəliləmək istədiyi vaxt baş verib. Ona görə də penalti qərarı haqlıdır”.
Təbii ki, bu sözlərdən sonra hamı kimi mən də şoka düşdüm. Amma hamı gülsə də, mən gülmədim. “Lənət şeytana” deyib epizoda təzədən bir də baxdım. Vallah, Hakimlər Komitəsinin sədri bu cür düşünürsə, daha sözüm yoxdur.
Epizodda görünən odur ki, Tural Cəlilov ona tərəf gələn topu qəbul edir, lakin özündən bir qədər uzağa buraxır və dərhal uzaqlaşan topa tərəf qaçır. Bu anda topun Turaldan bir qədər uzaqlaşdığını görən Ruslan Tağızadə də bu istiqamətdə qaçır. Cəlilov burda, bəlkə də saniyə ilə hesablanacaq qədər tez topa çatır və zərbə ilə uzaqlaşdırmaq istəyir. Amma bura, demək olar ki, eyni vaxtda çatan Tağızadə ayağı ilə Cəlilovun zərbəsinin qabağını kəsir və zərbəyə bənzər çiyin itələməsi ilə Turalı kənara tullayır, yəni qaydanı pozur. Bundan sonra da özünü yerə çırpır. Düzdür, bu epizodda Turalın dirsəyi Ruslanın sinəsinə dəyir. Amma bu, topa qaçarkən qollarının tərpənməsi səbəbindən yaranan inersiyanın nəticəsidir. Lap dirsək olsa belə, bu, ikili mübarizə sayılır və 100 dəfə belə hal baş versə belə,  yüzündə də penalti verilmir.
Xaqani Məmmədovun tez-tez işlətdiyi ifadə var: “Dilletantdırlar, qaydaları bilmirlər”. Gəl, onda belə danışaq. Mərcləşək və bu epizodu Avropanın bütün Hakimlər Komitəsinin sədrlərinə göstərək. Onlar ki, dilletant deyillər, qaydaları da əla bilirlər. Heç birinin də keçmişi şübhəli deyil. Mən bu epizodda qaydanın Ruslanın pozduğuna o qədər əminəm ki, istənilən məbləğdən mərc gəlməyə hazıram. Tam qətiyyətlə və tam səmimiyyətlə deyirəm ki, bu epizodda penalti yox idi. Bu epizoda penalti demək sadəcə biabırçılıqdır. Xaqani Məmmədov həqiqətən də səmimi şəkildə “Burda penalti var” deyirsə, onda Azərbaycan hakimliyinin gələcəyi “parlaqdır”. Bu, məsələnin bir tərəfi.
 
Məsələnin digər tərəfi sırf psixologiya ilə bağlıdır. Mən bu yazını yazmamışdan qabaq bir hakimlə epizodla bağlı söhbət etdim. Bu söhbətdən sonra hakimin bilərəkdən “səhv” etdiyinə bir daha əmin oldum. Xaqani Məmmədova yuxarıdakı fikirlərinə görə təşəkkür düşür. Çünki o, hakimin “Xəzər-Lənkəran”ı  yıxmaq niyyətinin olduğunu açıb ortaya qoydu.
 
Məsələ burasındadır ki, hakim oyun zamanı, düşüncəsində ədalətli deyilsə və hansısa komandanın əleyhinə qərar qəbul etməyi fikirləşirsə, o, mübarizə zamanı epizodu özünə lazım olan formada görür. Yəni, Diniyev oyunun gedişində fikrində “Rəvan”a kömək etməyi tutubsa, epizod zamanı fikrindəkinə uyğun qərar qəbul edib. Ramil bu epizodda Ruslanın açıq şəkildə rəqibini itələməsini yox, Turalın dirsəyini görə bilərdi. Çünki niyyətində bu olub və vizual şəkildə epizodu belə, görmək istədiyi kimi qavrayıb. Burdan da belə nəticə hasil olur ki, Diniyevin niyyətində əslində “Rəvan”a kömək istəyi olub.
Hələ bu, harasıdır? Əgər komitə sədri də bu epizodda hələ də yalnız Tural Cəlilovun dirsəyini görürsə və israrla bu hərəkətin üstündə dayanırsa… Belə çıxır ki, sədrimiz də “Xəzər-Lənkəran”ın yıxılmasında maraqlı olub. Bunu mən yox, Xaqani müəllimin sözlərinə əsasən psixologiya və məntiq elmi deyir.
Yaxşı olar ki, daha yuxarı vəzifədəkilər danışmasınlar. Yoxsa onların sözlərindən də eyni nəticə çıxa bilər. Bu isə lap biabırçılıq olar.
 
Gözəl bir məsəl var: Gözündəki tiri görmür, başqasında qıl axtarır”. Deyəsən, Xaqani Məmmədov o qılı özünə göstərilmiş dirsək formasında görüb. Gözünü silib, dəfələrlə baxmaqdan gözünə itdirsəyi çıxıb…  
 
RAQİB

MƏNBƏ: Sportnet.az

4 Şərh

  1. XAQANININ VE RAMININ GOZUNDE itdirseyi yox bawqa wey cicib

  2. Salam Alleykum!
    Mence her ikisinin kozunde it dirseyi deyil, “Celilov dirseyi” cixib. :)

  3. Kecmiw azarkew says:

    Beyem kor gozde itdirseyi cixir?

Kecmiw azarkew üçün bir cavab yazın Cancel

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


9 + = inyeddi