9 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
10 ay əvvəl
Qadağalar qaydası…
10 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

rednik_gsp2Hər il mart ayı gələndə millət yeni ilin gəlişi ilə rüzi-bərəkətin, pul-paranın artımı barədə fikirləşəndə, mən nədənsə papaq haqda fikirləşirəm.

Niyə də yox, papaq bizim mental simvollarımızdan biridir, şərəf və ləyaqət rəmzimizdir, şişpapaq, buxara papaq, şələpapaq… hələ rəqs, film mahnı da var, bəs necə? Novruzda qapılara papaqatdını demirəm hələ, mətləbdən çox uzaqlaşdım nə isə… Mart dörd ildi mənim üçün dilxorçuluqdan başqa bir şey deyil. Elə ki, papaq haqda fikirləşirəm, yadıma Mirça düşür, Luçesku yoxe, Rednik , məhz Rednik ! İllah da papağımı başıma sıxıram, kipriklərim ixtiyarsız örtülür. Qərq oluram röyalar aləminə, gedib çıxıram “Qaraçılar məmləkəti”nə (məhəlləsinə yox), veyil-veyil gəzirəm başkəndi-Buxaresti… gözlərim bu “EU” ların içində Redniki axtarır … budur Rednik gəlir şərfsiz və papaqsız. Məni görcək:-Ay qədirbilməzlər mən ki, papağımı yerə çırpdım, günümü göy əskiyə bükməyiniz cəhənnəmə, komandanı niyə Yerə soxdunuz? Bilsəydim mart ayında o qələti eləməzdim -dedi…

P.S: 80-ci illərin əvvəllərində bir aspirant tanışım var idi, Kiyev Politexnik İnstitutunu bitirmişdi, futbol xəstəsi idi. Futbola çox vaxt birlikdə gedərdik. Bir dəfə dedi ki, Vasif, Dinamo(Kiyev)-Porto (çempionlar kuboku)oyunu mənə 16 manata başa gəlib.10 manata o vaxt dəbdə olan dəri kepka, 6 manata da bilet almışdım. Dinamo qol vuran kimi stadion ayağa qalxdı, kimsə arxadan papağımı götürüb qabağa fırlatdı. Həmin oyunu 1:2 uduzduq!…. Bax belə, görünür bu papaq məsələsi futbolda bizə düşmür…

P.P.S: İndi də mart gəlir ancaq fərq təkcə onun günündədir…

Vasif Ağayev.

QEYD:  “Xəzər Lənkəran”dan səfər heç-heçəsi başlıqlı yazıya saytımızın daimi istifadəçisi Vasif Ağayevin göndərdiyi şərh.

 

2 Şərh

  1. Əhsən!.Qardaş nə yaxşi yazmisan.Bəlkə mart ayinin gəlməsi ilə yazin hamidan tez xoş ətirini birinci hiss edib və belə təsirli yazmisan.Ümidini itirmə….bir gün tez yenə o günü yaşayacağiq.Ətrafli sonra…
    ___
    Vasif bəy yazinizi 12cioyuncu.info saytinda görmək necə də xoş oldu. “Xəzər Lənkəran”nin sadiq azarkeşi Vasif Ağayevdən maraqli yazilari həmişə gözləmişəm axi..Vasif muəllim “Xəzər Lənkəran” kamandasina qəlbən bağli bir insan olmaqla həmişə elinə-obasina öz sevgisi ilə fərqlənib..Kamandamizin Qəbələdə yerli “Qəbələ” kamandasi ilə heç-heçəyə qalmasi və oyun uslubunda muəyyən irəliləyişlərin olmasi hami kimi onuda sevindirmişdir.Bu yazini oxumaqla o gunlərə qayitdim və umid edirəm ki, bir gun tez artiq papaq (rəmzi mənada)yavaş-yavaş yerdən qalxar.Kubok oyununda qalib gələr.

  2. Axşamınız xeyir.bu yazını yazan əllər var olsun,lap adamı kövrəldir…eh Mirça,Mirça harda qaldın?!Ruzi bərəkət deyəndə elə XL-ın ruzi bərəkəti də elə səninlə getdi!!!Birdə səninlə qayıda bilər!!!

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


− iki = 7