1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

canli-yayim-12cioyuncu.info_Ölkə çempionatının XXIII turunda keçiriləcək qarşılaşmalardan yalnız ikisi canlı yayımlanacaq. Premyer Liqa oyunlarının yayım hüququna malik CBC Sport (CBC) kanalının seçimi belədir. Onsuz da Bakı çempionatına bənzəyən Premyer Liqanın növbəti turunda baş tutacaq “Zirə” – “Neftçi” və “İnter” – “Qarabağ” görüşləri televiziya ilə canlı nümayiş olunacaq. “Qarabağ” klubunun da “Neftçi”, “İnter” və “Zirə” kimi paytaxtda fəaliyyət göstərdiyini nəzərə alsaq görərik ki, CBC Sport kanalının seçimində birmənalı olaraq bölgə klublarına qarşı yad və ögey münasibət vardır. Əlbəttə şübhə doğurmur ki, AZAL – “Rəvan” qarşılaşması heç kəs üçün maraqlı deyil. Amma “Qəbələ”, “Xəzər Lənəran”, “Kəpəz” və “Sumqayıt”  kimi paytaxtdan kənar klubların hər birinin arxasında minlərlə futbolsevər, azarkeş ordusu var. Bəlkə də “Kəpəz” – “Sumqayıt” matçı Gəncədə deyil Sumqayıtda keçirilsəydi teleyayıma bir o qədər də ehtiyac olmazdı, amma indiki halda anlamaq “yayımsızlığı” sadəcə mümkün deyil. “Qəbələ” – “Xəzər Lənkəran” cütlüyündə isə hər ikisinin bölgə təsmilçisi olduğu yuxarıdakı fikirlərimizi kəskin şəkildə səsləndirməyə bir daha əsas verir. Sadaladıqlarımızı CBC Sport kanalında çalışanlar da çox güman ki, yaxşı bilirlər. Bəs görəsən niyə bu kanal özünü narazı azarkeş kütləsi ilə üz-üzə qoymuş olur?

Bəlkə televiziya məkanında “Yayıma qənaət” kimi təzə termin tapılıb, bundan xəbərimiz yoxdur və bəlkə Premyer Liqanın yayım hüququna sahib olan CBC Sport kanalı (CBC) öz fəaliyyətində belə terminlərə xüsusi yer ayırmaq fikrindədir, yoxsa nədir dərdi nə?

Bir şərh

  1. Hörmətli admin, düzü, sizin narazılığınızın məğzini tuta bilmədim. Bildiyim kimi, CBC-Sport kanalının bir gündə 2 oyundan artıq oyun göstərmək üçün texniki imkanları yoxdur. Bidiyiniz kimi 23-cü turun bütün oyunları məhz dir gündə, yəni ayın 27-də baş tutacaq. Əgər etiraz ediriksə, bu etiraz 1-ci növbədə PFL-ə yönəlməlidi. Belə halda, turnir cədvəlinin yuxarı hissəsində yer almış və digər komandalara nisbətən daha maraqlı oyun nümayiş etdirən komandaların oyununu göstərmək məntiqə görə daha məqsədə uyğundur və düzgün seçimdir. Qaldı ki, digər 3 cütlüyün hər birində ən azı bir komandanın (“Sumqayıt”, “Rəvan”, “XL”) bugünkü darıxdırıcı oyunu heç kimə maraqlı deyil. Beləliklə, “CBC-Sport” kanalının düşdüyü vəziyyətdə seçimi düzgün seçimdir.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


yeddi − 5 =