9 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
10 ay əvvəl
Qadağalar qaydası…
10 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

canli-yayim-12cioyuncu.info_

“Xəzər Lənkəran” ölkə kubokunun 1/4 final mərhələsində “əzəli rəqib”ini qəbul edəcək.

“Fırtınalar meydanı” martın 2-də saat 14:00-da start götürəcək bu görüş CBC Sport kanalının yayım proqramına daxil edilməyib. Nə qədər qəribə də olsa ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində keçiriləcək ilk qarşılaşmalardan yalnız biri, “Zirə” – “Qəbələ” oyunu canlı yayımlanacaq. Qeyd edək ki, eyni gündə keçiriləcək kubok oyunlarının başlama saatlarının fərqli olması bu dəfə bəhanə üçün yer qoymayıb: Belə ki, martın 2-də saat 14:00-da “Xəzər Lənkəran” – “Neftçi” cütlüyü kubok gününə start verəcəksə, sonradan paytaxt stadionlarında saat 17:00-da “Qarabağ” – “Sumqayıt”, saat 18:00-da “Zirə” – “Qəbələ” və  saat 19:00-da “Rəvan” – “İnter” görüşləri ilə davam edəcək. Əlbəttə sadalanan cütlüklərdən yalnız Lənkəranda keçiriləcək görüş böyük marağa səbəb ola bilər. CBC Sport kanalının yayıma qənaət siyasəti ucbatından “Fırtınalar meydanı”nın tribunalarında toplanacaq müəyyən sayda azarkeşlərdən fərqli olaraq Lənkərandan kənarda və ölkə xaricində yaşayan minlərlə futbolsevər həmvətənlərimiz bu oyunu izləmək imkanından məhrum ola bilərlər, təbii ki, internet üzərindən “Xəzər Lənkəran TV”-nin canlı  yayımı olmazsa. Ümid edirik ki, klub tərəfi Lənkərandan kənarda və ölkə xaricində yaşayan azarkeşlərimizi nəzərə alaraq “Neftçi” ilə oyunun “Xəzər Lənkəran TV” vasitəsi ilə yayımını təşkil edər. Yox əgər etməsə, onda …

2 Şərh

  1. Hec ferqi yoxdur.Bir az da yaxwi qocalarimiz xestelerimiz baxib eseblewmezler.XL-koboku geturen deyil ki.Geturun Neftcalanin heyyetini adini qoy XEZER LENKARAN qoy daqitsin neftcini.Bele azerkewi olan babat komanda Lenkaranda hec vaxt uduzmaz.

  2. Yenə “İdman Azərbaycan” kanalinin atasina rəhmət deməli olacağiq.Dollarin qalxmasi, neftin ucuzlaşmasi və qənaət!

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


+ dörd = 12