10 ay əvvəl
Bu sondur yoxsa?
10 ay əvvəl
Heyf…
11 ay əvvəl
Qadağalar qaydası…
11 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

 xıPremyer Liqanın XXIX turunda, aprelin 10-da mövsümün son “Böyük oyun”u  baş tutdu.

“Fırtınalar meydanı”nda saat 16:30-da start götürmüş matçı aşağıdakı heyətdə olan hakimlər briqadası idarə edirdi: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov və Mahir Məmmədov.

“Xəzər Lənkəran”ın start heyəti belə idi:
1. Orxan Sadıqlı

4. Ruslan Cəfərov
8. Vüqar Bəybalayev
10. Tural Qürbətov
12. İlyas Səfərzadə
15. Nodar Məmmədov
16. İbrahim Qədirzadə
17. Vaquf Güləliyev
18. Tural Cəlilov (k) 
32. Zaman Mirzəzadə
35. Elfad Baləhmədov

Ehtiyat oyunçular:
25. Tərlan Qasımzadə

6. Asif Mirili
7. Orxan Səfiyaroğlu
9. Bayram Budaqov
41. Hüseyn Xəlilzadə
44. Yusif Həsənov
99. Mahsun Qəmbərli

Baş məşqçi: Elbrus Məmmədov

Görüş CBC kanalı ilə canlı yayımlanırdı.

 “Böyük oyun”da yenə də “Xəzər Lənkəran” məğlub oldu. Bu dəfə minimal hesabla uduzan komandamızın futbolçuları oyun boyu nəsə etmək istəsə də buna nail ola bilmədilər. Əslində bunda qəribə heç nə yoxdu. Vaxtı ilə Mirça Rednikin baş məşqçiliyində “əzəli rəqib”ini qələbəyə həsrət qoyan “Xəzər Lənkəran”ın uğurlu çıxışı və yaxşı günləri çoxlarını narahat edirdi. Onlar da bu klubun çökülməsi üçün çox əlləşirdilər. Klubun rəhbərliyi də dəymədüşər olduğundan hər şey bədməzhəblərin istədikləri kimi oldu. İndi “Xəzər Lənkəran” hətta doğma meydanda belə qapazaltı olub. Beləliklə “Xəzər Lənkəran” növbəti dəfə məğlub oldu.

“Xəzər Lənkəran” – “Neftçi” 0:1

2 Şərh

  1. Salam.tam raziyam.iki pasdan artiq vera bilmayan komandadan artiq hec na gozlama.
    Asif yerina ehtiyatta bayam oyuncu yox idi? Mahsun,Yusif Huseyn bayam onnan zaifdir. Olar bular qadar oynasaydi hamisi milliya caqril
    ardilar.Niya bular bawa duwmullarki elburusun gatirdiklari oyuncu olsaydilar coxdan bawqa komandalarda oynayardilar.Hec olmasa bizim ganc nasli mahv etmasinnar.Bayrama baxanda adamin lap gulmayi galir.Avazedicida bir oyunnan sonra cixib asas heyatta oynayir.Uduzmaq uduzmaqdir,asas heyatta olan yetirmalarimizi tam wakilda sasdav buraxmaq lazimdir.na catmasa elburusun onbir oyuna iki xal yiqan oyuncularin da olara qowuboynamaq lazimdir.Na qadar gec deyil.

  2. Salam. Bəlkə də XL-nın 1-ci hissədə oynadığı futbol kimlərisə yanıldacaq və komandamızın yaxşı oynayaraq qol vura bilmədiklərini deyəcək. Ancaq bu qətiyyən belə deyildi Neftçi bilərəkdən Xəzər Lənkərana topla sərbəst oynamağa imkan verdi. Demək olar ki, XL tələyə düşdü. Qol vurulandan sonra isə öz normal futbolunu oynayaraq komandamıza oynamaq imkanı vermədilər. Nəticəni qazandılar və Ekşadı bir-neçə dəqiqəliyə oyuna daxil etməklə azarkeşlərə necə dyərlər “yandı-yandı” verdilər.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


− 2 = bir