8 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
9 ay əvvəl
Qadağalar qaydası…
9 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

sefer oyunuPremyer Liqanın XXIV turu çərçivəsində fevral ayının 28-də “Xəzər Lənkəran” doğma meydanda “İnter” klubunu qəbul etdi. Saat 16:00-da start fiti səslənən matçı aşağıdakı tərkibdə o an hakimlər briqadası idarə edirdi:

 Baş hakim Elvin Əsgərov, laysmanlar- Knyaz Əmiraslanov və  Nahid Əliyev, dördüncü hakim -Ramiz Məhərrəmov

Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Feyzulla Feyzullayev.

 Kapitan Rahid Əmirquliyev zədəli olduğundan Elur Abdullayev kapitan sarğısını daşıyırdı. Müdafiəçilər Rasim Ramaldanov və Adrian Skarlatake eləcə də , hücumçu Etame Mbilla zədə üzündən komandaya kömək edə bilmirdilər.

“İnter”lə qarşılşamaya “Xəzər Lənkəran”ın aşağıdakı start heyətində çıxmışdı:

1. Orxan Sadıqlı

2. Slavik Alxasov

3. Vanderson Skarduelli

4. Alvaro Silva

5. Tieqo de Xesus

7. Sadio Tounkara

10. Elnur Abdullayev (k)

12. Junior Nildo

18. Tural Cəlilov

23. Nikola Qliqorov

30. Elias Ribeiro

 

Ehtiyat oyunçular:

19. Vyekoslav Tomiç

8. Dejan Blajevski

9. Orxan Əliyev

11. Zohair Benouahi

16. Adrian Pit

42. Kamran Abdullazadə

55. Ağabala Ramazanov

 

Oyun barədə hər hansı fikir bildirməzdən öncə qeyd etmək lazımdır ki, meydan sahibi olan “Xəzər Lənkəran”dan fərqli olaraq qonaq “İnter” klubu oyunun canlı yayımını daha yaxşı təşkil etmişdi. Belə ki, ustream.tv vasitəsi ilə yayımı quran “Xəzər Lənkəran”ın yaydığı görüntülər adəti üzrə tez-tez qırılır və ya səslə görüntü arasında bir neçə saniyyəlik fərq var idisə, paytaxt təmsilçisi youtube.com saytının vasitəsi ilə çox keyfiyyətli yayım təşkil etmişdi (hər halda birinci hissədə və ikinci hissənin ortalarına qədər bu belə idi).

Ötən turda biabırçı hakimlik sayəsində son saniyyələrdəki penalti ilə qələbəni əldən buraxan “Xəzər Lənkəran” öz meydanında “İnter”ə qalib gəlməyə çalışacaqdı ki, bunu da öncədən anlamaq çətin deyildi. İlk dəqiqələrdən görünürdü ki, qonaqlar da buna hazırdırlar. Topu özündə daha çox saxlamaqla gah mərkəzdən gah da cinahlardan qurulan hücumlarla irəli gedən futbolçularımız bir neçə qol vəziyyətini yarada bilsələr də bunu reallaşdıra bilmirdilər. Əvəzində “İnter” də ələ düşən bir iki imkanı kəskin hücum qurmaqla yola verdi. Belə hücumların birində yenə də qapımıza penalti təyin edildi. Bu dəfə də səhnədə baş rolun ifaçısı Slavik Alxasov idi. Məhz onun rəqib futbolçuya qarşı güya kobudluğuna görə hakim penalti nöqtəsini göstərdi. AZAL-la oyunun son saniyyələrində qapımıza təyin edilən 11-metrlikdən fərqli olaraq deyəsən burada həqiqətən də qayda pozulmuşdu. Beləliklə qonaqlar hesabı açdılar 0:1. Bundan sonra “Xəzər Lənkəran” fəallaşıb qonaqların qapısına tuşlandı. Nəticə 10-dəqiqə sonra gəldi. İlk hissənin sonuncu dəqiqəsində Nildonun baş zərbəsindən sonra təkrar zərbə ilə müdafiəçimiz Tieqo de Xesus hesabı bərabərləşdirdi 1:1. Oyunun fasilədən sonrakı ilk 20-dəqiqəsi ümumiyyətlə maraqsız keçdi. Hissənin ortalarında əvvəlcə qonaqlar sonra isə komandamız bir neçə hücum qura bildi. Düzdür həmin dəqiqələrdə heç bir qapı ağzında yüz faizlik qol vəziyyəti yaranmırdı. Ən çox diqqət çəkən futbolçu olan Elias topa ən çox toxunan futbolçu idisə, Junior Nildo daha çox effketiv, gözəl ötürmələri ilə yadda qalırdı. Elias öz borcunu yerinə yetirib bütün ötürmələrin onun ayağından keçməsini təmin edirdi. Amma yeganə hücumçu qimsində olan Nildonun ötürmələrlə baş girrəməsi heç də nəticəyə xidmət edə bilməzdi. Görüşün bu formada davam etməsinin komandamıza xeyir gətirməyəcəyini başa düşən Musatafa Dənizli əvəzetməyə əl ataraq Slavik Alxasovu Ağabala Ramazanovla dəyişdi. Bir neçə dəqiqə sonra Dənizli daha bir dəyişliklə Sadio Tounkaranı Dlejan Blajevskilə əvəzlədi. Bu da son 7-dəqiqədə hücumların qurulmasında müsbət təsir etməli idi. Yeri gəlmişkən hesabı bərabərləşdirən müdafiəçimiz Tieqo de Xesus son dəqiqələrdə iki dəfə yüz faizlik qol vəziyyətini boşa verdi. Amma onun həmyerlisi Junior Nildo da həmişəki ampualasında olduğunu göstərərək rəqib qapısına gedən topu öz bədəni ilə saxladı. Mustafa Dənizli vəziyyəti dəyişmək üçün yorulan Elias Ribeironu Zohair Benouahi ilə əvəzlədi. Həmin anlarda isə “İnter” adi bir hücumda topu boş qalan qapımıza göndərirdi. Lakin yenə də səhnəyə çıxan Tieqo de Xesus topu boş qapıdan çıxarda bildi. Final fitinə az qalmış “Xəzər Lənkəran” mənasız hücumlarda vaxt itirincə “İnter” də vaxt keçirib 1:1-lik heç-heçəni rəsmiləşdirdi. 

14 Şərh

  1. xezer diyesen rednikin dovrune qayidir rednikde xezerde olanda ancaq xezerin qapisina penalti teyin edirdiler indide mustafaya qarwi bu iwler gorulur

  2. O hadise gozumun qabaginda oldu penalti yox idi. Yetim Slavikliy birwey yox idi. Amma Slavik cox zeifdi, suretide zeifde. Buna baxmayaraq sacoklugu yoxdu. bacardiginin en yaxwisini edir. Amma bu serefsiz nildo ozunu ele aparirki , ele bil her ay o Xezerin budcesine pul kecirdir.qacmaga cani cixir. Amma tural celilov perespektivli oyuncu. Hemcinin Agabala .

  3. ZƏFƏR qardaş Salam! Mən artıq özümü kubok oyunlarına kökləyirəm və sizə də məsləhət görürəm ki, çempionat oyunlarındakı məğlubiyyətlərə, heç-heçələrə heyfslənməyəsiz. Bumdan sonra çempionatda ilk üçlüyü tutmaq mümkünsüzdür. Bizim üçün qatar artıq getdi. Ümidimizi kuboka bağlamalıyıq.

    • Kuboka o qedər gözlər baxir e..Qabil qardaş! Kubok almaq ucundə cox guclu olmaq lazimdir.Lap kuboku aldiq,avropaya hansi oyunla gedək!?.Əvvəlcə oynumuzu qaydaya qoysaq kubokunda dəyəri onda şirin olar.

  4. Əgər yaranmış qol vəziyyətləri sağa-sola xərclənməsəydi indi qələbə haqda şərhlər yazacaqdıq. Penaltiyə gəlincə yenə yüzfaizli penalti deyildi. Hakim belə penaltini vermiyə də bilərdi.

  5. https://www.youtube.com/watch?v=jbfJ9UjjsKk&feature=youtu.be

    Muəllim ! Qollari göndərdim yayimlamaq sizdən!-Hec bir sağ ol!-ada ehtiyacim yoxdur.Kamandam ucun bunlari edirəm və azarkeşlərimiz ucundə faydali olduğunu duşunurəm.
    ***
    Mən də sizin ehtiyacınıza görə yox, halallıq və ədəb ərkan naminə sağ olun deyib təşəkkür edirəm.

  6. Ferhad Nesirov says:

    Deyesen Mustafa Denizli Beyukaga Haciyevle hemreylik elameti olaraq udmaq fikrinde deyil…

  7. Salam! İnter TV həqiqətən bu oynun yayimini yaxşi təşkil edir.Buda Youtubenin yaddaşi ilə bağlidir.Bir-iki dəqiqə canli yayimdan geri qalsada keyfiyyəti daha yaxşidir.XL tv bu barədə duşunməlidir.Mən İnter Tv-yə abunə olduğumdan bu oynu rahat izlədim və ikinci hissədə yayim kəsildi .
    Bundada gunahi “inter”tv-də axtarmaq məncə yanliş olar.Butun seyrcilər kamandamizin rəsmi saytindan cixib rəqibin tv-sinə yukləndilər.Nəticədə yayimin kəsilməsi baş verdi.Bu problem “XƏZƏR LƏNKƏRAN TV”-nin problemidir.

  8. Salam admin necesiz? Eshi hami qelir oz pulun kefin fikirleshir buda toshakin tayidi
    ***
    Salam Dadaş. Məncə bu yanaşma köhnəlib. Yəni demək istəyirəm ki, kimisə bura pul üçün gəldiyinə görə qınamağımız artıq yersizdir. Bu köhnə variantdır. Məsələn mən belə başa düşürəm ki, kim bura pul qazanmaq üçün gəlmirsə məncə onu dərhal buradan qovmaq lazımdır. Axı başqa ölkədən bura pul qazanmaq üçün gəlməyirsə bəs nə üçün gəlir? Başqa sözlə lap əcəb edir pul qazanmaq üçün gəlir. Biz kiminsə burada işinin alınmamasına görə etiraz edə bilərik vəssalam.

    • Ishini qorub ve onun haqqin almaq olar yani komandani calishdirsin emeli bashli yaxshi komanda yaradsin soram isi qorduyu ishin haqqin alsin amma bular pularin qazanilar keflerin ediler komanda eshi ne Xezere bunan qabax hec bilmirdim bele komanda var ya yoxdu

  9. Bu slavik neynemek Istiyire. Her oyun 1penal qazandirir reqibe. neftciden gelen Bundan artiq olmazki.
    ***
    Əslində “İnter”lə oyundakı penalti Savik Alxasovun “Xəzər Lənkəran”dakı ilk penaltisi sayılmalıdır. Yəni AZAL-la matçdakı penalti olmamalı idi və həmin anda hakim GEYDİRMƏ qərar vermişdi. Qaldı bu futbolçuya münasibətə, məncə onun transferindəki əcaib söhbəti yada salmaq lazımdır. Kimin yadındadırsa mənimlə razılaşar. xatırladıram: Bir neçə oyunu ardıcıl olaraq ehtiyat skamyada oturan Alxasovu həmin vaxtda güya Mustafa Dənilzi bəyənmişdi. Halbuki həmin ərəfədə Dəizli bu futblçunun nəinki oyununu görməmişdi, hətta bu adda və soyadda futbolçu belə tanımırdı. Bax əsas məsələ budur. Futbolçunun transfer edilməsinin özündə düzgünlük olmadığından indi onun başına qəribə işlər, pardon, qəribə bir iş gəlir.

    • Ay qardaşlar! Deyirəm olmur ,demirəm yenə olmur.Sifarişlə və yalanci dostluqla alinan futbolcududa Slavik!-Hər halda “Azal”la oyunda bu oyuncu gunahsiz idi.İndisə….eh!

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


6 − = bir