11 ay əvvəl
Bu sondur yoxsa?
11 ay əvvəl
Heyf…
12 ay əvvəl
Qadağalar qaydası…
12 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

Mustafa-Denizli-ve-Oguz-Chetin-LenkerandaXəzər Lənkəran”ın yeni baş məşqçisi olacaq Mustafa Dənizli artıq Lənkərandadır. Təcrübəli məşqçi bu gün günorta saatlarında köməkçisi olacaq Oğuz Çətinlə birgə özəl təyyarə ilə cənub şəhərinə gəlib.

Onları hava limanında “Xəzər Lənkəran”ın meneceri Səməd Nəsibov və klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu qarşılayıb. Daha sonra məşqçilər onlar üçün xüsusi ayrılmış avtomobillə hava limanını tərk edib.

 Dənizli ilə Çətin birgə “Xəzər Lənkəran” – AZAL matçını izləyib. Qarşılaşmadan sonra onların “Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimovla görüşəcəyi, bağlanacaq müqavilənin xırda detallarını müzakirə edəcəyi gözlənilir. Ancaq müqavilənin bağlanması prosesi sabah da baş tuta bilər.

MƏNBƏ: Apasport.az

2 Şərh

  1. VAN PERSİ qardaşim, əgər futbolu Mustafa Dənizliylə Oğuz Çətin oynasaidı məmmuniyyətlə Sizinlə razılaşardım. Axı Benuahinin, Nildonun və başqalarının qabında olanı odur. Ondan artığına komandanın gücü çatmır. Hücumu qurmaq lazımdır, topu ünvansız cərimə meydançasına atmaqla qol vurmaq olmaz. 94-dəqiqə ərzində Tounkara kənar yarımmüdafiəçisi kimi bir dəfə də olsa cərimə meydanına dəqiq ötürmə verə bilmir. Nə qədər künc xətti sahəsində fərdi oyuna üstünlük verərlər? Biz də baxib komandadan
    qələbə gözləyirik. Və nəhayət, komandamızın 3-4 il əvvəli demirəm lap elə keçənilki oyun üslubundan artıq əsər-əlamət qalmayıb.

  2. gel mustafa denizli xezerin dermani bi sensen bi de rednik

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


− 7 = sıfır