11 ay əvvəl
Bu sondur yoxsa?
11 ay əvvəl
Heyf…
12 ay əvvəl
Qadağalar qaydası…
12 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

xl“Xəzər Lənkəran” Premyer Liqanın IV turunda doğma  meydanda “İnter” klubunu qəbul etdi.

 Avqustun 29-da, saat 20:00-da start götürən və “Xəzər LənkəranTV” ilə yayımlanan qarşılaşmanı Əliyar Ağayevin başçılıq etdiyi hakimlər birqadası idarə edirdi. Onun köməkçiləri Zeynal Zeynalov, Mehman Mahmudov və Fərid Məmmədov idilər. “Xəzər Lənkəran” aşağıdakı start heyətində meydana çıxmışdı:

 

12. Cahangir Həsənzadə

3. Vanderson Skarduelli

5. Tyeqo de Xesus

6. Rəşad Sadiqov

8. Qalin İvanov

10. Elnur Abdullayev

11. Rauf Əliyev

14. Rahid Əmirquliyev (k)

27. Manuel Skarlatake

55. Ağabala Ramazanov

63. Alfred Sanko

 

Ehtiyat oyunçular:

1. Orxan Sadıqlı

13. Aleksandr Şemonayev

22. Əfran İsmayılov

28. Fernando Qabriel

33. Rasim Ramaldanov

97. Elnur Cəfərov

99. Dejan Blajevski

I HİSSƏ

İlk növbədə qeyd edək ki, “İnter”lə oyundan öncə klub rəhbərliyi futbolçularla görüşmüş və uğursuzluqlardan yaxa qurtarmaq üçün onları motivasiya etmişdi. Bu mötivasiya demək olar ki, ilk dəqiqələrdən hiss olundu. Matçın start fiti səslənən kimi “Xəzər Lənkəran” irəli atıldı və ilk cəhdlərdən hesabı açmaq mümkün oldu 1:0. Qoldan sonra futbolçularımız fəallıq nümayiş etdirir və ikinci qolu vurmaq üçün yenə də hücuma keçirdilər. Görüşün ilk 15-dəqiqəsi belə ötdü. Lakin sonra oyun bərabərləşməyə doğru gedir və getdikcə də temp aşağı düşürdü, bu isə qonaqların hücum qurmasına şəraitin yaranması demək idi. Yarımsaatın tamamına qədər isə bunacan vurulan yeganə qoldan savayı qapılar ağzında real qol vəziyyəti yaranmamışdı. Artıq oyun bərabərləşmişdi və yavaş yavaş üstünlük “İnter”ə tərəf keçirdi. Hətta bir epizodda qonaqların hesabı bərabərləşdirə bilməməsi yalnız bəxtimizin gətirməsi sayəsində oldu. Bu dəqiqələrdə “Fırtınalar meydanı”nda qəribə hal yaşanırdı. Belə ki, dəfələrlə stadionun diktoru tribunalara toplanmış azarkeşləri komandanı dəstəkləməyə səsləyirdi, lakin onun bütün cəhdləri boşa çıxırdı. Bunun qəribəliyi ondadır ki, illər öncə diktorun bircə sözü ilə coşan tribunalar indilərdə susqunluğa qərq olmuşdu. Düzdür bəzi epizodlarda azarkeşlər arasında az da olsa fəallıq hiss olunurdu, lakin bu da davamlı deyildi.

 Sonrakı dəqiqələrdə oyun çox maraqsız keçdi. İlk yarının sonuna qədər daha yadda qalan heç nə olmayınca komandalar fasiləyə yollandılar.

 

II HİSSƏ

İkinci hissə başlayan kimi yenə də stadionun diktoru azarkeşləri tərif edərək coşdurmaq istədi. Lakin bu cəhd də effetsiz alındı…

Fasilədən sonra “Xəzər Lənkəran” daha tez-tez hücum qurur, irəli gedirdisə də hücumları uğurlu sona çatdırmaq mümkün olmurdu. Xüsusən də Rauf Əliyev “İnter”in qapıçısı və müdafiəçiləri ilə mübarizədən qalib ayrıla bilmirdi. Bəlkə də onun yerinə istənilən digər futbolçu ələ düşən imkanlardan daha yaxşı istifadə edə bilərdi. Hücumlarımız sonucsuz qalınca qonaqlar özlərini göstərmək niyyətini ortaya qoydular. Hücumların birində qazandıqları cərimə zərbəsindən topu qapıya göndərmək istəyən “bankirlər”in qol arzusunu Cahangir Həsənzadə ürəkdə saxladı. Təcrübəli qapıçı məharətini nümayiş etdirərək topu uzaqlaşdırdı. Lakin bunun ardından yenə də “İnter”in hücum hirsi soyumurdu. Qonaqların başı hücuma qarışdığı anda isə “Xəzər Lənkəran” əks hücuma keçdi. Bolqar futbolçumuz Qalin İvanov qonaqların cərimə meydançası xətti üzrində yerə yıxıldı,özü də “İnter”in müdafiəçisinin əməlli başlı köməyi ilə. Lakin hakim epizodu tam tərsinə qiymətləndirdi. Oyunun ikinci hissəsində komandamızın əks hücum futbolu oynamaq istəyi açıq aşkar görünürdü. Faktiki olaraq daha güclü olan “İnter”ə qarşı “Xəzər Lənkəran”ın başqa yol seçə bilməməsi heç də ürək açan deyildi. Hər halda öz meydanında komandamız daha ürəkli çıxış etməli idi.

Bir neçə gün əvvəl “Xəzər Lənkəran”dan ayrılan Junior Nildonun “İnter”in heyətində meydana çıxması da yadda qalan oldu. Yenə də 12-nömrəli forma geyən braziliyalı futbolçu oyuna daxil olan kimi qapımıza doğru gəlib az qala qol da vuracaqdı. Lakin müdafiəçilərimizin ayıq olması hesabına o istəyini reallaşdıra bilmədi. Daha bir debut “Xəzər Lənkəran”da yaşandı. Bu “Xəzər Lənkəran”ın yeni transferi Əfran İsmayılovun meydana çıxması idi. Qalin İvanovu əvəzləyən Əfran döyüşə atılan kimi cərimə zərbəsindən topu qapıya göndərəcəkdi, “İnter”in qapıçısı buna imkan vermədi. Ardıyca hiss olunurdu ki, final fitinə yaxınlaşdıqca oyun daha gərgin və maraqlı olacaq. Meydançanın bərbad vəziyyətdə olması nə qədər oyunun keyfiyyətinə mənfi təsir edirdisə havanın isti olması da öz növbəsində futbolçuların yorulmasını tezləşdirirdi. Lakin pis yaxşı döyüş gedirdi, hər iki komandanın futbolçuları bacardıqları qədər mübarizə aparırdılar. Orta sahənin əsas yükünü üzərində hiss edən Rəşad Sadiqov matçın sonlarına yaxın zədə alınca onun yerinə braziliyalı pleymeykr Fernando Qabriyel meydana daxil oldu. Həmin dəqiqələrdə isə Junior Nildo artıq “İnter”in köynəyində qapımız ağzında meydanda boş-boşuna qaçır ayağına gələn topu elə hey itirirdi. Bəlkə də onun özünü doğrultmaq üçün etdiyi çabalarını başa düşmək olardı…

Qarşılaşmanın sonuna yaxın “İnter” məğlubiyyətdən yaxa qurtarmaq üçün çox əlləşirdi. Ardıcıl hücumlar təşkil edən paytaxt təmsilçisi qol vurub hesabı bərabələşdirmək üçün böyük qüvvələrlə irəli atılırdı. Stadioun diktor isə susmur tribunalara səslənərək fəal olmağa  çağırırdı. “Ağ-yaşıl” azarkeşlər də artıq onun səsinə səs verirdilər.

“İnter” isə hücumlarını ard-arda qurur və bu zaman bütün komanda ilə qapımıza tərəf gəlirdi. Vaxt qazanmaq üçün həmin dəqiqələrdə komandamızda daha bir əvəzetmə həyata keçirildi. Oyunda vurulan yeganə qolun müəllifi Elnur Abdullayevi müdafiəçi Rasim Ramaldanov əvəz etdi. Son saniyyəyə qədər əzmkarlıqla döyüşən komandamız ara bir əks hücumda yaxşı imkanlar da əldə edirdi, lakin əsas fikirlər müdafiəyə yönəlmişdi. Beləliklə futbolçularımız bir çoxlarının gözləmədiyi hesabı rəsmiləşdirə bildilər. “Xəzər Lənkəran” nəhayət ki, 2014/15 mövsümündə ilk qələbəsini qazandı.

“Xəzər Lənkəran” – “İnter” 1:0

*******************

Qeyd: Oyunun reportajı matçın final fitindən dərhal sonra saytda təqdim olunur.

24 Şərh

  1. salam, admin Xezer Lenkeranin veziyyeti acinacaqlidir.4oyun 4xal 1q 1h 2m
    ***
    Salam. Əslində bu heç də acınacaqlı vəziyyət sayılmır. Qarşıda olu oyunlar var.

  2. MELS bəy, Salam! Haqqında dediyiniz “Xəzər Lənkəran”azarkeşi ilk növbədə tənqidlə təhqiri ayıra bilməyi bacarmalıdır. Bu şərtlə ki, tənqid özü də haqlı tənqid olmalıdır. Sizin mənim şərhimə əlavə etdiyiniz fikrin isə mənim yazdığım fikrə heç bir aidiyyəti yoxdur. Ona görə ki, azarkeşlərimizin bir qismi tənqidlə təhqiri bir-birindən ayıra bilmir. Buna saytımızın əksər məqalələrində rast gəlmək mümkündür. Xüsusən də komandamız məğlub olandan sonrakı şərhlərdə. Sizin qeyd etdiyiniz “Qılınc” məsəliylə razılaşıram çünki, çəkdiyiniz sitat haqlı tənqidə aiddir. Haqlı tənqid isə həmişə düz yol göstərəndir və inkişafa doğru aparır. Elə bilirəm ki, mənimlə razılaşarsız. Sizə hörmətlə

  3. salam, admin novbeti oyunumuz qonagda neftciye qarsidirmi.
    ***
    Salam. Bəli növbəti oyun sentyabın ortalarında “Neftçi” ilə səfərdədir.

  4. Admin bey menim 14 yasim inanin men xezer lenkerani çox sevirem uduzsa da udsa da xezer lenkeran menim ureyimdedi
    ***
    Çox gözəl. Mümkünsə gələn dəfə şərhinizin mətninin bunun üçün ayrılan xüsusi yerdə yazın.

  5. salam,admin necesiz? ela INSHALLAH bunan soram bela davam
    ***
    Salam Dadaş. Davam etmək heç də asan olmayacaq amma.

  6. Kecmiw azarkew says:

    Qaline sari verilen epizoda munasibet bildirilmelidir. Orada xaqaninin gedesi reqibe qirmizi vermeliydi. Xahiw edirem, fakir bildiresiniz

  7. Azərbaycanlı says:

    XL planetimizin sakinlərini mövsümün birinci qələbəsi ilə təbrik edirəm. Vacib oyunda zəruri nəticə əldə edildi. Azarkeşlər qələbə sevinci ilə bərabər böyük =Sağ olun!= qazandılar. Biləvasitə stadiondan müşahidələrimə söykənib deyirəm ki, komandanın bu halı üçün azarkeş yetərsayını məqbul saymaq olardı, bununla yanaşı dəstək, komandanı sanki yedəyə alıb vəziyyətdən çıxarmaq istəyi də gördüm narahat azarkeşin dalğavari coşqusunda. Stadionun diktorunun müraciətinin effektsizliyi barədə şərhdə göstərilənlərlə razıyam, çünki mikrofon arxasında olanın xətrinə dəymək istəmədən ondan xahiş edərdim ki, nidası haradasa qəlbinin dərinliklərində gizlənmiş kəsərsiz müraciəti ilə bizi kökdən salmaqla o da bizim xətrimizə dəyməsin. Oyunun detalları üstündə dayanmaqdan vaz keçərək demək istəyirəm ki, qoldan sonra meydanda topsuz yerdəyişmələr, rəqib qapısına zərbələr, qaneedici deyildi, hücumun cinahlarının gözlənilmədən dəyişdirilməsi əfəndinə həddindən ziyadə yer verməklə rəqib qapısı istiqamətində təzyiqin konsentrasiyasını azaltmağa xidmət etmiş olurduq.

  8. Salam. Men oyna canli baxirdim inter xezerden 2 defe zeyif oynadi inanin xezer telesirdi komanda heyacanli idi . Bax bu oyunan sara 5 yox 10 oyun kecirilse inter tekce bext hesabna qalib geler. Xezeri ucuz tutmayn wexsen bu oyuna qelbeye kolge salmayn ardi gelsn inwalah .

  9. Admin bəy, bilirəmki bütün şərhləri diqqətlə oxuyub saytda yerləşdirirsiz. Odur ki, nə demək istədiyimi mən deməmiş anlayarsız. Bu illər ərzində komandamızın başına gətirilən oyunlardan demək olar ki, hamımız haliyik. Olanlar olub, innən belə nə olacaqsa onu da qismən bilirik. Amma, məni ən çox düşündürən azarkeşlərimizin (böyük əksəriyyəti) yazdığı fikirlərdir. Elə götürək “İnter”lə oyundan əvvəl və oyundan sonra yazılan şərhləri. Məğlub olanda da qalib gələndə də komanda pislənir, təhqir olunur. Mən azarkeşlərimizi qınamıram amma, hər şeyin də həddi var axı. Şəxsən mən bugün “Xəzər Lənkəran”dan incisəm, üz döndərsəm birdə heç vaxt komandanın adını belə çəkmərəm. Məncə sevdiyimiz bir komandanı bu qədər də alçaltmaq olmaz çünki, saytımızı bizdən başqa bizi gözü götürməyən bədxahlar da izləyir və yazdıqlarımızı oxuyur. . .
    ***
    Bəli sizinlə razıyam. Saytımızı camiəmizə yad və kənar olan insanlar da izləyir. Onların sayı heç də az deyil, aralarında hətta çoxlu jurnalist də vardır. Odur ki, şərhləri yazanda gərək sayt istifadəçiləri daha diqqətli olsunlar. İndiki vəziyyət isə Həsən kişinin dəyirmanı məsəli ilə bağlı məqamı xatırladır.

    • Hörmətli Qabil bəy,Xəzərin Azərkeşləri və Fanatları ona görə sevilır ki, çünki onlar ,hər şeyı onun öz adı ilə çağırıblar.Tənqidlə,təhqiri səhf salmaq lazım deyil,dəmiri döyə döyə “Qılınca”döndərərlər.
      Azərkeşlər Xəzərin “Qılınc” kimi kəsərli olmağını istəyirlər.

  10. Salam hormetli admin bawda Siz olmaq wertile qelebe munasibetile butun XEZER LENKARAN fanatlarini tebrik edirem!!!Heqiqeten cox sevinirem amma cox efsuslar olsun ki,komandamiz bele veziyyetde cox qalmaz,yani tez ruhdan duwer ve sebebde ki,oyuncu qitliqimizdir.Mbilla ve Tounkara kimi tehlukeli oyuncularimiz yoxdur.Interde cox qeweng oynadi amma arada bextimiz getirdi ki,qapizi duz niwan ala bilmediler.Acaq mudafiyemizde arada sehflere yol verirdiler.Neise qalibleri muhakime etmek duzgun cixmir INWALLAH qelebemizin davami gelsin……

  11. tebrikler.

  12. tebrik edirem insallah ardi gelsin,gelin oyuncularin zehmetine kolge salmayaq.bu gun oynadilar.

  13. Axşamınız xeyir, Admin bəy! Düzü “Xəzər Lənkəran” – “İnter” oyununun saytda verilmiş analizi məni qane etmədi. Ona görə ki, əvvəla komandamız stabil və yaxşı oyun nümayiş etdirən “İnter”ə qarşı oynayırdı. Komandamız həm ehtiyatlı həm də üç xal qazanmaq əzmiylə oynadı və buna nail oldu. İkincisi, kompüterdə oyuna baxmaqla stadiondan oyunu izləmək arasındayerlə göy arasında fərq var. Üçüncüsü isə öyrədib göndərilmiş Əlyar Ağayev oyunda hesabın xeyrimizə artmasının qarşısını aldı. Verdiyi şübhəli qərarlarla oyunun tempini daim aşağı salmağa çalışdı və qismən də buna nail oldu. Komandamızın özünə gəlməsi üçün bu qələbə hava-su kimi lazım idi. Sonda Sizi və bütün “Xəzər”liləri ilk qələbə münasibətiylə təbrik edirəm!

  14. Saq olun Qardas

  15. Məncə bu gün nəsə oyunabənzər bir shey oldu ya İInter oynamadı, ya Xəzər oyun göstərə bildi axır ki baxa bildim. Gözləyək bir oyunla qiymət olamaz Çətin abi!

  16. Tənqidci says:

    Muəllim!-Mbillanin taleyi necə oldu?.Bir xəbər varmi?
    ***
    Heç nə deyilmir onun haqqında.

  17. Qelebe hemisha gozal hissdir,amma mene ela gelir ki Interin oyunculari can qoymadilar ortaya .Belkeda ona gora uduzdular.Raufun yerinda Mbilla olsaydi hesab boyuk ola bilardi.Kim bilir belke Xezer Interi yaxshi analiz etmishdi???/ Amma heqiqat odur ki ela bil her shey suni gorunurdu,Rednikin olan vaxtdaki ruhu gormadim.Ola bilar komandani yaxshi motivasia eda bilmishdilar??// Belke torba emeliyati legv olunub??? Her shey ola bilar.Kim istamaz ki qelebenin ardi gelmesin???

  18. COX SUKUR. TEBRIKLER

  19. Admin Axsaminiz xeyir.Tabrik ediram qalaba munasibati ila butn Xazar Lankaran sevanlari.Admin Tonkaradan na xabar var?
    ***
    Salam, düzü Tounkara tamamilə yaddan çıxıb. Onun haqqında heç danışan da yoxdur.

  20. Emil 917 says:

    satilmiw oyunda alinmiw qelebe!!!!!!!!!
    ***
    Sizcə bu qeyri ciddi səslənmir? Düzdür “İnter” güclüdür. Və qarşıdakı bir ay ərzində hər 3-gündən bir bu cütlüyün oyunu təkrar təkrar keçirilsə “Xəzər Lənkəran” indiki heyəti və xüsusən də hazırki oyunu ilə “İnter”ə bəlkə də heç qalib gələ bilməz. Amma bu o demək deyil ki, artıq baş turmuş bu oyun haqqında qeyri ciddi fikirlər irəli sürək. Bəlkə də meydan amili rol oynadı, amma fakt faktlığında qalır ki, “İnter” oynadı, yaxşı da oynadı və gücünü də tam qoydu ortaya, lakin məğlubiyyətdən yaxa qurtara bilmədi.

    • Təsadüfu qələbə deyərdim.Heç komanda oyünü yox idi,məşqçinin işi gözə dəymir.Bu oyunla uzağa getmək olmaz.Bu oyunla öyunmək olmaz,ev tapşırıqları yoxdur.Əgər İnter bir qol əvvəl vursaydı,çox guman qalib gələrdi.
      Buna baxmayaraq yaxşı yerli oyünçülrımız var. Xəzərə bir neçə güclü leqioner,birdə yaxşı məşqçi lazımdır.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


üç + 5 =