11 ay əvvəl
Bu sondur yoxsa?
11 ay əvvəl
Heyf…
12 ay əvvəl
Qadağalar qaydası…
12 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

qapiciSloveniya toplanışını yekunlaşdırmağa hazırlaşan “Xəzər Lənkəran” bütün mövqelər üzrə boşluqları doldursa da komandanın qapıçı problemi hələ də qalmaqdadır.

Belə ki, hazırda heyətdə cəmi iki özü də  gənc qapıçılar yer alır ki, bunlar da Orxan Sadıqlı və Tərlan Qasımzadədir. Gənclərin yanında bir təcrübəli ismin olması isə əlbəttə ki, yalnız komandanın xeyrinə olardı.

Beləliklə, 12cioyuncu.info saytının əldə etdiyi eksklüziv məlumata görə “Xəzər Lənkəran” üçüncü qapıçını Türkiyədən gətirəcək. Bu işləsə baş məşqçinin qapıçılar üzrə köməkçisi Murat Göksu özü məşğul olur. Rəhbərlik tərəfindən də ona razılıq verilib. Lazım olan maliyyənin də ayrılacağı bildirilib.

Məlumatdan istifadə edildikdə 12cioyuncu.info saytına istinad zəruridir.

5 Şərh

  1. ASTARALI qardaş, Salam! Yeni oyunçuların komandaya vaxtında adaptasiyası ən vacib proseslərdən biridir. Bu proses qapıçıya da şamil olunur. Çünki, güclü qapıçı qapısını onda etibarlı qoruyur ki, öz müdafiəçiləriylə düzgün anlaşma şəraitində qapısını daha etibarlı qorumağı bacarır. Qapıçı ilə müdafiəçilərin oyun ərzində biri-biriylə düzgün anlaşması elə futbolçunun komandaya adaptasiyasının bəhrəsidir.

  2. Seviyyeli qapici olsa adaptasiyaya ehtiyac yoxdu mence

  3. Salam admin necesiz? Tonkara komandaya qoshulmadi?
    ***
    Salam, Vallh ondan xəbərim yoxdur.

  4. turkiyeden gelse yaxsi olar

  5. Salam, axşamınız xeyir Admin! Qapıçı problemini həll etmək çox vacibdir. Yeni qapıçının komandaya adaptasiya olunması üçün bu vacib problem heç olmasa bir ay əvvəl həll edilməliydi.
    ***
    Salam. tamamilə düzgün qeyd etmisiniz. Amma görünür bu alınmayacaq.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


2 + = doqquz