1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

9 tur Qalin IvanovPremyer Liqada 2014/15 mövsümünün 1-ci dövrəsi başa çatdı.

“Xəzər Lənkəran” keçirdiyi 9 matçda rəqib qapılarına 11 qol vurub. Bu, hər oyuna orta hesabla 1,22 qol deməkdir. Azarkeşlərə təqdim edəcəyimiz “Qol+assist” rubrikasında komandamızın vurduğu qollar və qol ötürmələri analiz edilərək fərqlənən futbolçularımızın reytinq cədvəli tərtib olunacaq. “Xəzər Lənkəran”ın vurduğu qollara görə qol və ötürmə müəllifləri hərəyə 1 reytinq balı ilə qiymətləndiriləcəklər. Bu cədvəllər vasitəsilə komanda üzvləri özləri də məhsuldarlıq səviyyələrini izləyə bilərlər. 

09.08. 2014 AZAL – Xəzər Lənkəran 1-1
35’Rauf Əliyev (assist Rahid Əmirquliyev)

16.08.2014 Xəzər Lənkəran – Sumqayıt 0-1

24.08.2014 Simurq – Xəzər Lənkəran 2-0

29.08.2014 Xəzər Lənkəran – İnter 1-0
5’Elnur Abdullayev (assist Qalin İvanov)

13.09.2014 Neftçi – Xəzər Lənkəran 1-0

20.09.2014 Xəzər Lənkəran – Araz Naxçıvan 2-0
74’Qalin İvanov (assist Ağabala Ramazanov)
88’Ağabala Ramazanov (assist Rəşad Sadiqov)

28.09.2014 Qəbələ – Xəzər Lənkəran 1-1
84’Deyan Blajevski (assist Sadio Tounkara)

19.10.2014 Xəzər Lənkəran – Bakı 4-0
35’Alfred Sanko (p)
38’Qalin İvanov (assist Sadio Tounkara)
43’Elnur Cəfərov
79’Rauf Əliyev (p)

26.10.2014 Qarabağ – Xəzər Lənkəran 3-2
54’Qalin İvanov (assist Tyeqo de Jesus) 
56’Rauf Əliyev (assist Rahid Əmirquliyev)

9 tur Cedvel

Beləliklə, 9 turdan sonra “Qol+assist”də 11 qol və 8 qol ötürməsi müəllifi olaraq 11 futbolçumuz yer alıb (qolların 2-si penaltidən, 1-i isə qol ötürməsi olmadan vurulduğu üçün assist qeydə alınmayıb). Reytinq cədvəlinə 4 “qol+assist”lə (3 qol və 1 qol ötürməsi) bolqar yarımmüdafiəçimiz Qalin İvanov başçılıq edir. 
Növbəti oyunlarda daha çox qol-assistlər arzusu ilə, “Xəzər Lənkəran”ımıza uğurlar! 

Səhifəni hazırladı: Rövşən Əsədov

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


8 + üç =