1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
2 il əvvəl
A B R A K A D A B R A

xl“Xəzər Lənkəran”ın rəsmi saytı komandaya cəlb olunan yeni futbolçular barəsində məlumatları diqqətinizə çatdırır.

Fernando Qabriel Vuqado Ribeiro

Təvəllüd: 11 may 1988

Ölkə:        Braziliya

Ölkəsinin “Moqi Mirim”, “Fiqeyrense”, “Braqantino” komandalarında çıxış edib, son iki mövsümü isə “Parana” klubunun heyətində keçirib. Hücumameyilli yarımmüdafiəçi kimi mərkəz və cinahda oynayır.

“Xəzər Lənkəran”la futbolçu arasından bir il müddətinə müqavilə imzalanıb.

Qalin Stefanov İvanov

Təvəllüd: 15 aprel 1988

Ölkə:        Bolqarıstan

“Levski Sofia” klubunun yetirməsi olan İvanov yeniyetməlik dövründən oyunu ilə özünə diqqət cəlb edib. 2008-ci ildən son mövsümə qədər “Slavia Sofia”nın formasını geyinmiş cinah yarımmüdafiəçisi son iki mövsümdə komandasının əsas oyunçularından olmaqla 50-dən çox oyundan meydanda olub və 16 qol vurub.

Futbolçu klubumuzla bir il müddətinə sözləşməyə imza atıb.

Alfred Sanko

Təvəllüd:  22 oktyabr 1988

Ölkə:       Syerra Leone

 Peşəkar karyerasına Norveçin “Ullen” komandasında başlayan Alfred 20 yaşında bu ölkənin aparıcı komandalarından olan “Stromsqodset”in heyətinə keçib. Bu klubda 4 il çıxış etdikdən sonra Türkiyənin “Şanlıurfaspor” klubu ilə anlaşıb və növbəti iki mövsüm ərzində türk klubunun əsas oyunçularından biri olub. Dayaq yarımmüdafiəçisi olan Sanko Syerra Leone milli komandasının üzvüdür.

Alfred Sanko “Xəzər Lənkəran” arasında iki illik müqavilə imzalanıb.

Rauf Əliyev

Təvəllüd: 12 fevral 1989

Karyerasına “Qarabağ” klubunda başlamış Rauf Əliyev son mövsümü “Bakı” klubunun heyətində keçirib. 2010-cu ildə milli komandanın şərəfini qoruyur, hal-hazırda yığmanın əsas hucumçusudur.

Rauf Əliyevlə klub arasında iki il müddətinə müqavilə imzalanıb.

Əfran İsmayılov

Təvəllüd: 8 oktyabr 1988

Raufla bir yerdə “Qarabağ”da peşəkar keryeraya başlamış Əfran da ötən mövsümü paytaxtın Bakı klubunda keçirib.

Azərbaycan millisinin yarımmüdafiəçisi ilə “Xəzər Lənkəran” arasında iki illik müqavilə bağlanıb.

Aleksandr Şemonayev

Təvəllüd: 1 aprel 1985

Ötən mövsüm AZAL-ın heyətində çıxış etmiş sol cinah müdafiəçisi daha əvvəl “Simurq” və “Abşeron” komandaların formasını geyinib.

 Futbolçu ilə bir il müddətinə müqavilə bağlanıb.

MƏNBƏ: lankaranfc.com

5 Şərh

  1. Maraqlidir legionerlarin hamisi 1988 tafalluddu. Xazara xejirli olsunlar Insallah. Rauf fa Afranla 2 illik muqafila baglanmasi mustab maqamdi. Rahman baj duz qejd edib ki savijali qapici alinmasa bu transferlarin ahamijati azalir.

  2. Salam admin bes resad sadiqov qaldiki
    ***
    Onunla da müqavilə rəsmiləşər sonra adı salınar.

  3. bidene gabriel fernando yaxsi oynasin hecne istemirem o biriler onsuzda yaxsi oynayacaq bidene fernando pis oynasa xezer batdi ondan cox sey asilidi

  4. Salam. Qenaetbexs transferlerdir. Ancaq ucaboy, seviyyeli bir qapici alinmasa bu transferlerin o qeder de ehemiyyeti olmayacaq. Xezer Lenkeran qol vurur, ancaq qapisindan da cox buraxir. Xezer Lenkeran kimi bir komandanin yaxsi bir qapici transfer ede bilmemesi baqislanilmaz ve utancvericidir. 3-4 faydasiz oyuncunu transfer etmekdense bahali bir seviyyeli qapici almaq daha yaxsi olardi.

  5. hamisi yaxsi oynasiin

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


+ dörd = 6