1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
2 il əvvəl
A B R A K A D A B R A

xezerTürkiyədə təlim-məşq toplantısında olan “Xəzər Lənkəran” növbəi sınaq oyununu keçirib.

Yoxlama maçında komandamızın rəqibi Türkiyə Super liqasının təmsilçisi “Kayserispor” klubu oldu.

Komandamızn start heyəti belə idi: Pavel Kapsa, Ruslan Abışov, Adrian Skarlatake, Rasim Ramaldanov, Tural Cəlilov, Dieqo Souza, Rahid Əmirquliyev, Vaqif Cavadov, Vüqar Nadirov, Rəşad Eyyubov, Limam Seydi.

“Xəzər Lənkəran” TV vasitəsi ilə canlı yayımlanırdı.

Yayım bir neçə dəqiqəlik ləngimə və qırılma ilə başladı. Çəkilinin qapı arxasının tinindən aparılması  və meydançadakı müxtəlif xəttlər ümumu görüntünü korlasa da insafən yayımın normal təşkilini də qeyd etmək lazımdır. Sonradan isə o da məlum oldu ki, canlı yayım zamanı normal çəkiliş üçün meydançanın kənarında olan yarımtikilidən istifadə edilib.

Yoxlama oyunun ilk dəqiqələrdən Türk komandasının üzvləri Super Liqada çıxış edən klub olaraq öz üstünlüyünü nümayiş etdirmək istəyirdilər. Amma gözləmədikləri halda daha qıvraq tərpənən “Xəzər Lənkəran”ın müqaviməti ilə üzləşdilər. Bu da azmış kimi oyunun qapıya ilk zərbəsi də “Xəzər Lənkəran”dan gəldi, sol cinahdan qurulan kəskin hücumumuzun sonunda hesabın açılmamasına səbəb yalnız rəqib qapıçının kritik qurtarışı oldu. Az sonra oxşar vəziyyət qapımızda yaşandı və Kapsa komandanı qoldan xilas etdi. Epizoddan sonrakı dəqiqələrdə “Kayserispor” ərazi üstünlüyünə sahib olmaq çabalarını ortaya qoydu və getdikcə də istəyinə çatmaq üzrdə idi. Lakin gözlənilmədən qurulan hücumumuz və uzaq məsafədən endirilən zərbə hər şeyi dəyişdi. Vüqar Nadirovun güclü zərbəsi qarşısı alınmaz oldu və hesab açıldı 1:0. Gözləmədikləri halda qapılarında qol görən Türklər özündən çıxdılar, beləcə daha aqreesiv şəkildə qapımıza doğru gəlməyə başladılar. Bu həm də onların kobud oynalamalarına yol açdı. Sürətli əks hücumumuzu növbəti kobudluqla aldıqları üçün təyin edilən zərimə zərbəsi canlı divara tuş gəldi. Ardıyca hər iki komanda bir neçə çox gedişli hücumla yadda qaldı, lakin bunlar qapıya dəqiq zərbə ilə sonuclanmırdı. “Kayserispor”  nə qədər çalışsa da komandamızı öz qapısına sıxa bilmirdi. Futbolçularımız əzmkarlıqla müdafiə olunmaqla yanaşı imkan düşdükcə sürətli əks hücumlardan yararlanmağa çalışırdılar. Bu da rəqibi özünə gəlməyə qoymurdu. Hətta meydanın mərkəzində də Türk komandası nizamlı qaydada hücum qura bilmirdi. Bir dəfə isə demək olar ki, bəxtimiz gətirdi. Belə ki, cərimə meydançamıza çarpaz gələn ötürmədən sonra “Kayserispor”un hücumçusu astaca toxunaraq qapımıza tərəf göndərdiyi top tryakteriyasını dəyişərək meydançanı tərk etdi. İlk hissənin sonuna qədər rəqib komandanın uğursuz hücumları və komandamızın müdafiədən sürətlə irəli sıçraması davam etdi, lakin hesabı dəyişə biləcək epizoda şahid olmadıq.

II HİSSE

Fasilədən sonra oyunun daha gərgin keçəcəyi və “Kayserispor”inin özünü sübut etmək üçnü hər şey edəcəyi gözlənilirdi. Eyni zamanda bundan yararlanmaq da olardı. Belə bir imkan komandamız üçün yaransa da rəqib qapıçının qurtarışı işləri korladı. Beləcə sağ cinahdan qurulan çox təhlükəli hücumumuz nəticəsiz qaldı. Artıq baş məşqçi Yunis Hüseynov meydana yeni qüvvələr buraxmağı düşünürdü. Ruslan Abışovun yerinə Elvin Mirzəyevi meydana buraxan çalışıdırıcı əslində müdafiəmizi təzyiqlərə qarşı daha dözümlü etməyə çalışırdı. İnsafən qeyd edtmək lazımdır ki, əsas işi yarımmüdafiəmiz görürdü. Xüsusən də meydanın mərkəzində Dieqo Souza ilə Rahid Əmirquliyev cütlüyünün özünü doğruldan çabaları komandamızın ümumi balansını qoruyurdu. Lakin unutmaq lazım deyildi ki, rəqib Türkiyə Super Liqasında çıxış edir. Ani unutmaq isə komandamıza baha başa gəldi, qapıçımızla təkbətəkdə qalan “Kayserispor”inin futbolçusu hesabı bərabərləşdirdi 1:1. Qoldan az sonra futbolçularımız aktivləşdilər. Bir neçə dəqiqə topu özündə saxlayan futbolçularımız nəhayət qapıya daha da yaxınlaşa bildilər və Rahidin uzaq məsafədən endirdiyi zərbə təhlükəli alındı. Yunis Hüseynov növbəti əvəzetməni həyata keçirdi. O son dəqiqələr ərzində irəlidə heç nə ilə yadda qalmayan Rəşad Eyyubovu gənc futbolçu Elşən Rzazadə ilə əvəzlədi. Bu həm də komandanın oyun üslubunda dəyişiklik edilməsi demək idi. Komandamızın yeni transferi Limam Seydi də meydanda olduğu müddətdə heç nə edə bilməyincə əvəzləndi. Onun yerinə gənc hücumçu Kazım Kazımlı  döyüşə atıldı. Hesab bərabərləşəndən sonrakı 15-dəqiqə ərzində “Xəzər Lənkəran” daha yaxşı təsir bağışlayırdı. Bəzən “Kayserispor”un acizyana müdafiəyə çəkilərək cərimə meydançası həndavərində qapanması Super Liqa təmsilçisi kimi bəlkə də bu kluba yaraşmırdı. Amma sonradan bunun bir strateji addım olduğu anlaşıldı. Müdafiədən çıxan rəqib qapımıza doğru bir neçə dəfə təhlükəli gələndə bu stratejiyanın məğzi aşkar görünməyə başladı. Bu hücumlar nəticə verməyincə isə yenidən ərazi üstünlüyü “Xəzər Lənkəran”ın əlinə keçdi. Ardıcıl hücumlarımız yarımçıq qalırdı. Hava ötürmələri irəlidəki hücumçumuz Kazım Kazımlı üçün yuxarı idi, yerlə isə oyun istədiyimiz kimi alınmırdı. Son saniyyələrdə rəqibin qapımıza doğru hücumu yarımçıq qaldı və ardıyca baş hakim final fitini səsləndirdi. Qeyd etmək lazımdır ki, oyun boyu futbolçularımızın meydanda istəklə mübarizə apardığını görmək olurdu. Komanda üzvlərinin ümumi istəyi real imkanları ilə üst-üstə düşmədiyindən qələbə qazanmaq mümkün olmadı və yalnız heç-heçə ilə razılaşdı.

OYUNUN VİDEOYAZISINI İZLƏ:

21 Şərh

  1. Ağsaqqalımız Rakif bəyin söylədikləri bir həqiqətdir və mən də Rakif bəylə həmfikirəm. Ayrı-ayrı futbolçuları və ya baş məşqçini təhqir etməklə heç nəyə nail ola bilmərik. Bizim təhqiramiz yazılarımız onlara ən azı pisxoloji cəhətdən təsirsiz ötüşmür. Gəlin bir az təmkin nümayiş etdirək. Yenidən ümidlənmiş azarkeşlərimizin ümidlərini mənfi fikirlərimizlə öldürməyək. Fikirləriylə komandasına kim hansı rakursdan yanaşırsa yanaşsın, kim haqq və ya nahaq fikirlər söyləyirsə söyləsin, onsuz da zaman hər şeyə aydınlıq gətirəcək.

  2. Salam, əzizlərim. Mən bir qocaman azərkeş kimi bəzi cavan azərkeşlərin əvəzinə Yünüs bəydən üzr istəyirəm. Sizə baş məşqçi kimi böyük hörmətimiz var. Cavanlara məsləhətim; nə baş məşqçini və nə də ki, oyunçuları təhqir etməsinlər. Çatışmayan cəhətləri mütləq tənqidə məruz qoymaq lazımdır. İnsafən desək Yünüs bəyin əməyi komandanın oyununda öz əksini tapır. Bizə bir oyun qurucusu və bir səviyəli hücümçu lazımdır. Onda komanda çempionluğa oynamaq iqtidarında ola bilər. Mən komandamıza sağlam ruh arzulayıram. Yerli transferlərimiz uğurlu olsa da Vaqif Cavadovun oyunu elə də ürək açan deyil. Vaqif, əzizim azərkeşlərin səni Zaur Ramazanov kimi sevməsi üçün Zaur kimi oynamalısan. Komandamızın hər bir üzvü bizə doğmadır. Xəzər Lənkaran böyük camiədir ona görə də layiqli oyun nümayiş etdirmək lazımdır. Üzümü hörməti fəxri prezidentimiz Mubariz bəyə tutub xahiş edirəm komandanın tam komplektləşməsi üçün köməyinizi Yünüs bəydən əsirgəməyin. İndi komanda hec olmayan kimi yaxşı formadadır.

  3. Vuqar Nadirov ela formadadir.Umumiyyetle Yunusun devet etdiyi yerli oyuncular onunla dostdurlar,demeli XL- in hemiwa meruz qaldiqi satqinciliq komandanin icinda ola bilmaz,hela biza da esas o,lazimdir.Ezu da Yunus Huseynov cox telebkar va qeyretli mewkcidir.Eger Tonkara qayitsa XL- a hec kim bata bilmez,ancaq cetin qayitsin Seydi deyesen onun evezina gelib,beladirsa Yunus ilk sehfini hela burda eleyib.Seydinin evezina Mbilla qayitsaydi cox guclu Xezer Lenkaran alinardi.Tonkara,Mbilla,Vuqar cox guclu 3- Lukdur.

    • Seydi Tounkaranın əvəzinə gəlməyib. O hücumçudur Tounkara isə yarımmüdafiəçi. Tounkara zədəsin sağaltmağla məşğuldur, zədəsin tam sağaltsa oynayacaq.

      • Salam! Hermetli dost Tonkaranin yarimmudafiyeci olduqunu men da biliram,iw orasindair ki,XL- da kim uzun muddet zdeli olur axrda sesi bawqa elkeden gelir.Ligeonerleri nezerda toturam.Mene ela gelir Yunus XL- da mewkci olanda Tonkara hucumda oynayidi,qarabaqla oyunda (netica 4-1 XL- in xeyrina olub) 2- qol vorub,1- mesuldar eturma verib. Diqqetina gera minnetdaram dost,men da yazilan butun werhlei oxuyuram,esasen Qabil muellimin.

  4. Salam admin bes Tonkaro hardadı heç bir yoxlama oyununda olmayıb
    ***
    Salam, Tounkara hələ də zədəsinin sağalması ilə məşğuldur.

  5. RAUF bəy, yazdığınız real fikirlərə şərikəm.

  6. dunenki oyun xezerin belkede son illerdeki kecirdiyi en gozel 45 deqiqeydi limam hele hazir deyil ama gormek olurki kollektiv oynamagi xowlayan oyuncudur

  7. Salam admin bey bu size ayiddi sayita vermeyin ………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………….
    ***
    Salam. Şərhinizi diqqətlə oxudum. Nə demək istədiyinizi anladım və qeyd edim ki, qaldırdığınız məsələyə xüsusi diqqət ayırcağıq.

  8. Əvvəla hamiya Salam.Gelin telesmeyek….realliq budur ki,bu gun Yunis Huseynov baş məşqcidir və bizdə onun futbol fəlsəfəsi ilə zor-xoş razilaşmaliyiq.O ki qaldi yerli genclərimizin yolunun baglanmasina…….genclərimizə nə az nə cox 1 sezon vaxt veridi.və kimin neye qadir oldugu görundu.onlar arasinda artiq secim oldu,və onlardan secilmişlər bu gun meydandadirlar.Transfer məsələsinə gəlincə isə……bundan sonra klub hər hansi bir transferdə maraqli görunmür.İnanin ki kluba bu gün hava su kimi OYUN qurucusu lazimdir.Eyni vaxtda daha bir hucumcu(amma seviyyəli)lazimdir.Siz Allah tez-tez o xorvati soruşub,dəlinin yadina daş salmayin…..bəlkədə xəzərə gəlib gedən ən səviyyəsiz legioner olacaqdi o….Eger sizlerden kiminsə hec olmasa azcada olsa Y.Huseynovla munasibetiniz varsa,sakitcə onun qulagina pıcıldayin ki,sen X.L-nin baş məşqcisisen.sen bu komandani və onun camiəsini başqalari ilə dəyişik salma.Yəni başa düş ki sen hara gəlmisən.Bu gun sənə o camiə komandanin zəif yerlərini deyir,iradlar tutur.bu ondan irəli gəlir ki,bu camiənin futbol savadi var.Siz de butun bunlardan nəticə cixarmalısınız.Nece ki bu gun əksər camiə sizə bildir ki,bu komandaya Oyun qurucusu lazimdir.siz isə sələfləriniz kimi harda lazimsiz bir oyuncu var onu baxişa cagırırsınız,sonra geri gondərirsiniz ki,bes xoşumuza gəlmədi.Sizin ki qoz alib satmaga oxşadı.Yəni kənardan ele gorünsünki bunlar iş görür.Belə olmasaydi siz o xorvati baxışa cagırardınızmı?Dogurdanmı baxışa cagırmamışdan əvvəl siz onun videorolikinə baxmamışdııniz?Əgər baxmayıb cagırmısınzsa……..onda vay X.L-nın bundan sonrakı halına….

  9. YERLI GENCLERIMIZIN YOLUNU BAGLAYAN, GENCLERLE GUCLU LEQIONERLERIN SINTEZINDEN MUBARIZ KOMANDA QURA BILMEYEN, RUSLAN VE VAQIF KIMI OTXODLARI XEZERE SOXUSDURAN YUNIS HUSEYNOV LENKERANDA COX ISLEYE BILMEYECEK. YERLI ISTEDADLI USAQLAR START HEYETDE MUTLEQ OLMALIDIR. REDD OLSUN VAQIF, REDD OLSUN RUSLAN,LAZIM GELERSE REDD OLSUN YUNIS OZUDE.

  10. Seydi Liman hələ təzədir , o komandaya alışmalıdır, komandaya alışandan sonra əsil Seydi Limanı görəcəyik, onda Lalin , Oparada yaddan çıxacaq. O birisi oyunçular Azərbaycan premyerliqasında oynamış oyunçulardır, onlar bu otmasfersə öyrəşiblər, ama Seydiyə zaman lazımdır, onun hal hazırda qol vurmaması, adi haldı

  11. Salam admin qardas necesiniz, xezer lenkaran yeni transfer edecek, birdeki xorvat hucumcu new oldu zedesi yaxsl olmadl xorvat hucumcu geri qayldacaq.sagolun
    ***
    Salam. “Xəzər Lənkəran”ın bundan sonra da yeni futbolçu transfer edəcəyi inandırıcı deyil, təsdiqlənməmiş məlumata görə indiyə qədər heç transfer olunanların müqavilə üzrə maaşlarının ödənməsi belə mümkünsüzdür. Qaldı xorvat futbolçuya, bildiyimə görə o əgər komandaya qoşularsa yalnız avqust və ya sentyabr ayında bunu edə bilər.

  12. Axşamınız xeyir, Admin bəy. Keyfiyyət baxımından komandamızın bugünkü oyunu əvvəlki üç oyundan daha keyfiyyətli idi. Bu da hesabda özünü göstərdi. Baxmayaraq ki, komandamız Türkiyə superliqası komandası ilə gərgin mübarizədə hesabı açan tərəf idi, sonda bərabər keçən oyunun hesabı da məncə ədalətli oldu.
    Canlı yayıma görə Sizə, Hüseyn bəyə və onun yayım komandasına təşəkkürlər.

  13. hucumcu prablemi hell olunmasa cox cetin olar bugun ki oyunuda qenaetbexw saymaq olar

  14. Neticeye gore tebrik duwur.Amma Seydi L’iman gozlediyim kimi Opara,Lalin kimi hucumcularin davamcisidir

  15. CELAL QURBANOV says:

    hec birimiz imkan vermemeliyiq bu yunusa ki bizim istedadli balalarimizi qoyub vaqif kimi lazimsizlarla bel baglasin

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


2 + = altı