1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

yunisPremyer Liqanın III turunda doğma meydanda “Rəvan”ı qəbul edən “Xəzər Lənkəran” oyunu 1:1-hesabı ilə bitirib.

Qarşılaşma bitincə oyunu canlı yayımlayan CBC kanalı əməkdaşının suallarını cavablandıran “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynovun dedikləri:

“Açığı bu oyunda qələbə qazanmaq istəyirdik. Biz bilirdik çətin olacaq, bilirsiniz ki, bizdə hamısı gənclərdi. Ehtiyatda da demək olar ki, hamısı 17-18 yaşlı futbolçulardı. Amma buna baxmayaraq istəkli idik, bu günki oyunda qələbə qazanmada həddindən artıq istəkli idik. Bugünkü oyunda iki qırmızı vərəqəmiz oldu. İkinci hissə başlayan kimi qırmızı vərəqə əlbəttə komandanın oyununa təsir etdi. Bu da sırf uşaqların təcrübəsizliyindən irəli gəlir. Qarşıda ağır oyunlarımız var. Çalışacağıq həmin oyunlara hazırlaşaq. Bilirsiniz ki, sentyabrda yeni transferlərimiz oyunlarda iştirak edəcəklər. Çalışacağıq ki, həmin yeni  futbolçular Skarlatake və Elşən Rzazadənin meydanda olmamasını hiss etdirməsinlər. Əvvəldən bu üç oyunda elə 5-xal toplayacağımızı gözləyirdim, əlbəttə “Sumqayıt”la xal itirməsəydik indi 7-xalımız olacaqdı, amm bir daha qeyd edirəm ki, bu nəticəni öncədən gözləyirdim.”

Oyun sonrası mətbuat konfransında isə Yunis Hüseynov bunları deyib:

“Matçın ağır keçəcəyini bilirdik. Yaxşı hazırlaşmışdıq, 3 xal qazanmaq istəyirdik. İkinci hissə başlayan kimi qırmızı vərəqə aldıq. Bütün bunlara baxmayaraq, gənc futbolçular toparlanıb, 1 xal qazandılar. Qarşıda ağır oyunlarımız var. Həmin qarşılaşmalara hazırlaşacağıq”.

Bir şərh

  1. Salam.Tamaşaçı sayı haqqında melumatınız yoxdur?
    ***
    Salam, rəsmən 9.500 göstərilir.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


səkkiz − = 6