1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
2 il əvvəl
A B R A K A D A B R A

“Xəzər Lənkəran”la olduğum toplanışlarda adətən təlim-məşq toplanışının son günlərində çalışdırıcılardan müsahibə alıram ki, bu dəfə də sayca üçüncü çalışdırıcı ilə birlikdə keçirdiyim toplanışı dəyərləndirmək üçün Yunis Hüseynovla söhbətləşdim. Bakıya dönməyimizə üç gün qalmış yerli mütəxəssislə qaldığımız Şeffau qəsəbəsinin “Kayzer” otelinin foyesində sakit bir guşəyə çəkilib bir çox məsələlərə aydınlıq gətirdik.

–       Toplanışın sonuna yaxınlaşırıq. Hazırlığı necə dəyərləndirirsiz?

–       Hazılığımızı yaxşı dəyərləndirirəm. Şəxsən baş məşqçi olaraq çox razı qaldım. Millidə olan futbolçularımıza istirahət vermişdik, Rendal Brenes öz ölkəsinin millisindən gec döndü. Üstəlik Ruslan Abışovda düşərgəyə gec qoşuldu. Amma bununla belə futbolçular hamılıqla səylə çalışıb onlardan istədiyimizi biz məqşçilər korpusuna verə bildilər. Ona görə də hər hansı bir narazılığım yoxdur.

–       “Xəzər Lənkəran”ın sükanı arxasına keçəndə komandanın fiziki durumundan narazılığınızı bildimişdiniz. İndi necə, özünüz fiziki planda komandanı hazırlaya bildinizmi?

–       Düzdür, razı deyildim. İndi isə vaxtımız az olsa belə komandanın fiziki planda artırmasını təşkil edə bildik. Ona görə hazırda belə bir problemimiz yoxdur. Son yoxlama oyunlarında, Kiyev “Dinamo”su və “Vasluy” ilə oyunlarda bunu görmək mümkün idi. Futbolçular sona qədər mübarizə aparmaqla fiziki durumlarının yaxşı olduqlarını sübut etdilər.

–       Transferlərdə digər ölkə klublarından geri qalırsınız. Niyə “Xəzər Lənkəran” belə gec qaldı?

–       Bilirsiniz, mən də istəyirəm ki, komandam güclü olsun. Bunun üçün əlbəttə yaxşı da transferlər olmalıdır. Rəhbərlik də “Xəzər Lənkəran”ın güclü olmasını istəyir. Amma gərək güclü də futbolçu tapasan ki, transfer edəsən. Hamı birbaşa müqaviləyə gəlmək istəyir. Bu isə mənim prinsiplərimə ziddir. Hətta Skarlatakeni hamı tərifləyirdi, hər şey hazır  idi transfer üçün. Mən dedim ki, özüm izləməsəm onu almaram. Gedib Rumıniyada işbaşında izlədim və gördüm ki, deyilən kimi yaxşı futbolçudur. İndi isə bircə Türkiyənin “Samsunspor” klubunun hücumçuları Simon Zenke və Ekekeni birbaşa müqaviləyə gəlməsinə razılıq vermişdim. Çünki nəyə qadir olduqlarını bilirdim. Lakin bu transferlər alınmadı. Sonra Kiprin “Apoel” klubundan braziliyalı Marsinyonu istəyirdim. Biz transfer çalışmalarını sürdürdüyümüz anda futbolçu Bolqarıstan “Levski” si ilə anlaşdı. Sonradan baxışa gələn futbolçular da xoşuma gəlmədi. Bu gün həmin futbolçularla Avroliqa və qarşıdakı mövsüm üçün çempionluğa oynamaq olmazdı.

–       Ümumiyyətlə hansı mövqeləri gücləndirmək istəyirsiz?

–       Hazırda bir müdafiəçi, iki orta xətt və bir  hücumçu istəyirəm. Yəni, 4-5 futbolçu ala bilsək komanda tam olaraq hazır olacaq. Amma yaxşı futbolçu. Elə legionerdir deyə heyətə qatıb arxayın olmaq olmaz.

–       Katalin Doman məsələsi ortaya çıxmışdı. Bu futbolçunu yenidən komandaya qaytarmaq istəyirdiniz?

–       Onunla müqavilə bimişdi. İstədik yenidən anlaşaq. Amma bu dəfə çox pul istədilər. Ona görə də vaz keçdik.

–       Sanki “Xəzər Lənkəran” yalnız bir mərhələ keçməyi düşünür deyə rahatdır. Transferlər yubanır və artıq ilk oyuna çox az qalıb.

–       Yox,  komandanın əsas heyəti qalıb. Mən əsas heyətə toxunmamışam. Yalnız ehtiyatda qalan futbolçuları komandadan göndərmişəm. Bircə Katalin Doman idi ki, onunla anlaşa bilmədik. İndi də baxıram ki, elə ötən ilki heyət daha da yaxşı formadadır. Uşaqlar özlərinə inanır. İnşallah bir mərhələ ilə kifayətənmək fikrimiz ağlımızdan belə keçmir. Sizə deyim ki, ilk mərhələni keçsək, ikincini də adlayacağıq.

–       Azarkeşlər Branimir Subaşiçə görə az qala üsyan qaldırır. Bunu sizdə hiss edirsiz. Necə olacaq?

–       Bilirəm. Hər gün “12-ci oyunçu” saytını və xüsusi ilə orda yazılan şərhləri oxuyuram. Yüz şərhdən doxsanı Subaşiçdən danışır. O pis futbolçu deyil. Subaşiç də  istəyər ki, qol vursun. Bu gün onun üzərində böyük təzyiq var. Amma hücumçu alandan sonra hər şey yaxşı olacaq. Azarkeşlərimiz səbrli olsunlar.

–       Heyətdə iki gənc futbolçu var. “Xəzər Lənkəran”ın öz yetirmələri necə təsir bağışladı?

–       İstər Elvin Mirzəyev, istərsə də Kamran Abdullazadədən razı qaldım. Məşqlərdə səylə çalışdılar. Elvini bir oyunda meydana buraxdım və hiss etdim ki, hələ tam olaraq “bişməyib”. Lakin gələcəkdə yaxşı futbolçu olacaq. Kamran isə güclü futbolçudur. Onun gücü kifayət edir ki, daha da inkişaf etsin. Ondan çox razı qaldım. Hər iki futbolçu bizimlə olacaq və qarşıdakı mövsümdə inşallah meydana da çıxacaqlar.

–        Yunis müəllim, əgər sizə imkan verilsə idi ki, yenidən təlim məşq toplanışını keçirəsiz, nəyi və ya nələri dəyişərdiz?

–       Açığı heç nəyi dəyişməzdim. Yalnız ilk qaldığımız oteli indiki otelə dəyişməzdim. Bura da yaxşıdır, genişdir. Amma “Das Seivald” da hər şey daha mükəmməl idi.

–       Yoxlama oyunlarını necə dəyərləndirərdiniz?

–       Mən əvvəl 5 yoxlama oyunu planlamışdım. Düşünürdüm ki, baxışa daha çox futbolçu gələr və onları rahatlıqla yoxlayaram.  Ancaq çox az futbolçunu sınadıq. Buna görə bir oyunu təxirə saldıq. İlk oyunda böyük hesabla qalib gəlsək də komandamın oyunundan razı qalmadım. Çoxlu səhvlər etdik. Həm də bir gün öncə iki məşq keçirmişdik. “Dinamo” ilə oyundan bir gün öncə də ağır  məşq vermişdik futbolçulara. Amma futbolçular sona qədər meydanda mübarizə apardılar. Üçüncü yoxlama oyunundan da öncə şahidsiz ki, yenə ağır məşq prosesi keçdik. Lakin uşaqlar yaxşı təsir bağışladılar. Komandamdan razı qaldım. Mənə əsas onların fiziki gücü lazım idi. “Vasluy” ilə oyunda artıq hiss etdim ki, komanda artırıb. Bu tədricən olan bir şeydir. İnşallah sabah( müsahibə iyunun 26-da alınıb.H.C)da son yoxlama oyununu oynayıb artıq “Nomme Kalyu” ilə oyuna hazırlaşacağıq.

–       Yunis müəllim, püşkdən necə razı qaldınız?

–       Mən o gündə sizə dedim, Avropada zəif rəqib yoxdur. Əgər bir klub avro kuboklara vəsiqə qazanıbsa demək özünə görə gücü var. “Nomme Kalyu” da hazırda Estoniyanın ən güclü komandalarından biridir. Bu gün onlar  ilk pillədə qərarlaşıb. Ən böyük üstünlükləri isə hazırda Estoniyada çempionatın davam etməsidir. Onlar artıq 16 oyun keçiriblər. Rəqibimiz ciddi, sanballı rəqibdir. Yəni heç də zəid rəqib deyil.

–       “Nomme Kalyu”nu necə analiz edəcəksiz?

–       Bu gün çempionat  oyunları vardı. İstədik həmin matçı bir köməkçim gedib izləsin. Amma gecə saatlarına ancaq gedib çata biləcəkdi. Bu mümkün olmadığından alternativ varinatlara əl atdıq. Artıq bir neçə məlumat toplamışam. Bu gün bir nəfər menecer mənlə görüşəcək və rəqib haqqında hər şeyi danışacaq. Bundan başqa rəqibin son iki oyununun kassetini əldə edəcəyik ki, bununda məncə bizə böyük köməyi dəyəcək.

–       İlk oyunun evdə keçirilməsi “Xəzər Lənkəran” üçün hansı üstünlük ola bilər?

–       Açığı əgər ilk oyun Tallində olsa idi yaxşı olardı. Çünki buradan birbaşa ora yollanıb ilk oyunu keçirmək daha əlverişli idi. İndi isə üstünlük o ola bilər ki, Lənkəranda yaxşı oynayıb cavab oyununda nəyi necə edəcəyimizi bilək. Azarkeşlərimiz qarşısında oynayırıq deyə bu üstünlükdən yararlanmalıyıq.

–       Bəs, cavab oyununun iki gün qabağa çəkilməsi hansı maneçilk törədə bilər?

–       İstirahətdə iki gün az keçirəcəyik. Amma rəqib üçün də bu eynidir. Ona görə belə də böyük fərq yoxdur. Bir işi yaxşıdır ki, ikinci mərhələ üçün əlavə iki gün istirahət  qazanırsan.

–       Yunis müəllim, mərhələ keçsəniz bunu necə qeyd etməyi düşünürsüz?

–       İnşallah, təki mərhələni adlayaq, planım var. Mən hələ Lerikdə olmamışam. Ona görə komanda ilə birgə Lerikə gedib bunu qeyd etməyi düşünürəm. İndidən heç nə demək də istəmirəm. Amma inamım böyükdür.

–       İlk mərhələni adlayandan sonra ilk olaraq kimdən təbrik almaq istərdiniz?

–       ( gülür) Təbriklərin hamısı doğmadır. Belə bir fərq qoymuram. Ancaq bilirəm ki, ilk olaraq ailəmdən zəng gələcək.

–       İkinci mərhələ də rəqib bizə tanış olan Polşa təmsilçisi “Lex” ola bilər….

–       (sözümü kəsir) Sizə deyim də bunu düşünməyək. Əvvəlcə ilk mərhələni adlamalıyıq. Ondan sonra “Lex” və ya ayrı rəqibi düşünmək olar. Amma sizə deyim ki, biz “ Nomme Kalyu”nu keçsək ikinci mərhələni yüz faiz keçəcəyik.

–       Azarkeş şərhlərini hər gün izləyirsiz. Yetərincə tənqidi fikirlər var . Bu sizə pis təsir etmir ki?

–       Yox. Əksinə azarkeş saytındakı şərhərləri oxuyanda bilirəm ki, onların fikri nədir. Azarkeşə həmişə hörmətlə yanaşmağa borcluyuq. Mən Lənkəranda, Bakıda bir neçə dəfə azarkeşlərlə görüş keçirmişəm. Elə tənqidlər var ki, onu qəbul etmək lazımdır. Ötən günü azarkeşlərin suallar verməsini təşkil etdik və bu gün artıq bütün fikirlərlə tanış oldum. Tənqiddən heç vaxt qaçmamışam.

–       Azarkeşlərə qəzetimiz vasitəsilə xüsusi bir çağırışınız varmı?

–       Əlbəətdə. Mən iyunun 5-də hamını stadiona səsləyirəm. Həmin gün inanmıram ki, stadionumuzda boş yer tapılsın. Onlardan “Xəzər Lənkəran”ı sona qədər dəstəkləmələrini istəyirəm. İndiyə qədər “Xəzər Lənkəran” mərhələ adlamayıb. Demək üzərimizə böyük bir iş düşür ki, tilsimi sındıraq. Ona görə də hamımız birləşib bunun öhdəsindən gəlməliyik.  Biz onlardan güc alıb mübarizə aparacağıq. Lənkəran azarkeşi bir daha inanıram ki, hansı gücə qadir olduğunu göstərəcək.

 Hüseyn Cəbaryıloğlu.Avstriya-Tirol

MƏNBƏ: “Futbol+” qəzeti

35 Şərh

  1. salam aleykum  yunis  huseynova halaldi  men ona inaniram demiwe xezeri avropaya tanitsa yunus tanidacaq birde elcekin subasicden   qoy kiwi oynun oynasin subawicin istedadli futbolcudu onu bu gune qoyan bizik  sozderimiznen onu hevesden saliriq  1 defe bele olsunki demisiz ay subawicsenen bu oyun qol istiyirk  , qol vur kimse subawice deyib  o gelen gunen onun gununqara elemisiz ozuzu qoyun onun yerine  yeni yunus bizden az bilir . xezerde 1 hucmcu var  subasic basqa yoxdu inwalah  1 de gelse  subasic zamen olacaq  1 den teze gelen zede alsa oyun icinde  subawicde yoxdu nece olacaq transfer penceresin gozduyeciyik  biraz  turkun sozu mantiqla danisin. Yunis huseynov  insalah lerike yardimli butun taliw zonasini gezersiz amma 1 -ci avropani  siz bizin gezdirin bizde sizi taliw cennetinde  gezdirey )))).?

  2. Yaman nikbin danışırsız siz bu mərhələni Subaşeçlə keçəcəksiz?
    BİZ FUTBOLÇU VƏ YA MƏŞQCİ OLMASAQDA ANLAYIŞIMIZ ONLARDAN AZ DEYİL.BİR DƏ XALQƏN GÖZÜ GÜZGÜDÜR.DEYİLƏNLƏRƏ QULAQ ASMAQ LAZIMDIR.

  3. Basa dusmedim goresen hansi mentiqe dayanir, Nomme Kalyu-nu kecsek, Lex-i de 100% kececeyik iddiasi? Lex yeni estonlardan zeifdi? Bu heyetle Nomme Kalyu-nu kecsek ozu surpriz olacaq. Sonrasi da aydin meseledi yeni futbolcu gelse bele ‘uygunlasma’ ve ‘vaxt azligi’ nagillari bashlayacaq. Dunenki oyundan sonra umumiyyetle neyese umid etmek cetindi. 

  4. Yunis mellim sizinle raziyam ama Lexi siz bu heyetle kece bilmessiniz yaxsi oyuncu almaq ucun yaxsi tecrubeniz olmalidir mecener tecrubesi yaxsi oyuncularla danisiq aparib yaxsi pul verib supertransfer etmek lazimdir lexle oyuna

  5. yunis bey diyir bu oyunu kecsek lex kamandasin yuz faiz kececeyik yunis bey hellbetde kecersen ancaq yuxuda

  6. YUNUSA TAPSHIRILIB OYUNCU ALINMAYACAQ PUL YOXTUR MAIS XERCLEYIB

  7. Semedo getmeli deyildi..Cox suretli texnikali oyuncu idi

  8. Yünis mellim belke Rauf Aliyevle dani$iq aparasiz

  9. Yunis Hseynov baxmayaraq ki XƏZƏR LƏNKƏRANIN baş məşqçisidir amma NEFTÇİ onun qəlbindədir nəyə görə ŞƏKİLƏ diqqətlə baxın.

  10. Yunis bey doqurdanda subashic pis oyuncu dor? besdirin camahatı çaşdırmayın ! 

  11. Men inshallah iyul ayinin 5 ailemle birge stadionda olacm onuda gabagcadan deyimki, biz 4 aileyik her ailede 4 neferden ibaretdir. Eziz yerlilerim ve XL azerkeshleri sizden xahish edirem stadionda semichka chirtlamayin chunki, bizim stadion bizim uzumuzdur. BIzim aramizda xarici vetendashlarda olacag (Ingilis vetendashlari) goy onlarda gorsun Azerbaijanda nece azerkeshler var.

  12. Fegan242 says:

    Yunis m. Rauf Aliyevla razilashin! 100 dene leqionere deyer,hazir yerli hucumcudur!
    ***
    Klub rəhbərliyi hər dəfə çempion olanda eyni tərzdə konsert təşkil edib azarkeşlərini sevindirir, komandanın Rumın əsilli baş məşqçisinə “Qaraçı” deyib ona torba tikmirlər və s. Onlar sadəcə qələbələri sıralayıb uğurlara sevinirlər.
    http://www.youtube.com/watch?feature=player_embedded&v=Du4STr671EY#!

  13. Mene bir sey maraglidi,bildiyime gore bu serbide gonderibler,19 nefer heyetin 13 ve 14 dunden istifde ede bilecek maxsimum ,birinci merhelede yeterli ola biler belkede amma 2-ci merheleye Allah qorusun kart ve zedeli olsa neyniyecek,3 oyuncu nedir ki,Yunis bey onu tapa bilmedi Avstriyada,yeqin rehberlikde pul vermek istemir helelik,belkede 1-ci merheleni gozduyurler,amma bilmirler ki,cox boyuk sehf edirler,o qeder futbolcu var ki dunyada,eger onlarin icinden 3-4 nu tapa bilmirlerse,daha ne deyim,valla adam esebinden partiyir sebirli olaq,sebir yaxsi seydi,amma bu qeder de deyilde,Allah hamiya sebir versin,1-ci merheleni uduzsaq,bunun tek gunahkari rehberlikdi,yunisde gunah yoxdu….

  14. Yunis bey esas mesele merhelə keçmək deyil.Biz Xezer-Lenkaan azərkeşləri guclu Xəzər görmək istəyirik.Siz isə hələ iki mudafiyəçidən başqa heçkimi transfer etməmisiz.Bu qeder vaxti boşa verdiz.Bu cur heyyətlə biz hara kimi gedərik.Siz hər şeyi bəxtin umidinə buraxmisiz.Axı hucumu sıfır olan bir komanda haqqinda biz nə duşunək necə təsəlli tapaq,Nəyə umid edək!

  15. ASTARABAD says:

    AY MENIM LENKERANLI QARDAWLARIM… BU NE TELEBLERDIR??? BU NE ISTEKLERDIR??? KIM ISTEMEZKI ONUN KOMANDASI EN YAXWILAR ICINDE BIRINCI OLSUN??? BU YAZIG YUNIS GEYDIRME LEGIONER ALMAGDANSA, ALIB OZUNU BIYABR ETMIRDEE.. ZORLA DIREMISIZKI AL EEE, AL. YAXWISI GELSINKI BU BEDBEXT OGLU ALSIN,SONRA DA BIZDE BAXIB O LEGIONERE HEZZ ALAG. VALLAH AZERBAYCANA GELEN EN SEVIYYELI LEGIONERLERI HEMIWE BU YUNIS GETIRIB. YAKUBA BAMBA, KAMARA, YURI MUZIKA, QOCA TRAPAIDZE V.S BU FUTBOLCULARLA KARVAN ILK DEFE MERHELE KECMIWDIR. SEBRLI OLUN, BU YUNISE GUVENIN. HER YOLDAN KECENI XEZERIMIZE GOTURSELER ONDA BIZIM AZALDAN, REVANDAN NE FERQIMIZ OLAR???

    • Cenab Astrabad, fikirlerinizle her seyi berbad etmisiz. Biz azarkesler her yoldan oteni transfer etmeyi teleb etmir. Bizim telebimiz guclu transferlerle elaqedardir. Gerek baxisa yaxsilari gelsin ki, onu da alsin, ne demekdir? Letifesi bizlerden uzaq, olme esseyim olme, yaz geler yonca biter- misalidir sizin dedikleriniz. Isi gormek ucun calismaq lazimdir gozlemek yox! Azarkes kimi bizim de telebimiz budur! Yaxsi siz gozleyin yaxsilar 2222-ci ilin qis transfer penceresi zamani gelecek. Bes o vaxta qeder ne edeceksiz? Purrengi cay demleyib icin ve o vaxta qeder gozleyin. omur vefa ederse…

  16. Deniz canavari says:

    Xəzər Lənkəran azərkeşləri yeni bir aksiyaya başlayıblar. 
    1 manatdan yığaq Tu…… cibinə basaqki XL trasnfer eləyə bilsin.

  17. …………..
    …………..
    ***
    Təşəkkürlər.

  18. Илгар says:

    Yunis bəyin müsibəti çox cülüncdir.Burda deyillər :”Ac TOYUQ YUXUSUNDA DARİ CÖRƏR” Belə cetsə Xəzəri Siz Dünya çempion edəcəksən..Afərin…………

  19. Zlatan11 says:

    Yunis bey Dinamo Kievin oyunchusu Aleksandr Eliyev(Azerbaycanlidir) transfere chixarilib belke onunla maraqlanasiniz

  20. admin gorduz argentinali gelmiib
    ***
    Gəlməyinə gəlib, “Kaizer” otelinə yaxın digər oteldə məkskunlaşan Ukrayna klubunda idi, bu dəqiqəyə qədər. Bəlkə də bu gün “Xəzər Lənkəran”ın düşərgəsinə baş çəkdi.

  21. he5-2 den sora umidlerim dahada azalir,Yunis.mellim,bu sualima xais edirem cavab verin, niye bele tranfer ede bilmirsiz? Niye alinmir,baxisa gelirler,sora gedirler,bilirem beyenmirsiz onlari,amma guclu oyuncu ile birbasa muqavile baqlaya bilmirsiz? Bu cox cetindi?

  22. bu adam ne daniwir? Indi hansi dovrdu futbolcu tapasan….Hani senin seleksiyaci mewqcilerin Indi menecerler ozleri klublara oyuncu Teklif edir….Sende pulunu verib alirsanda…Qeribe adamdilar eeee
    ***
    “Xəzər Lənkəran” klubunun cəmi bir seleksiyaçı məşqçisi var, Zaur Ramazanovdur o da yerli futbolçuların seleksiyası ilə məşğul olur. Legionerlərin dəvəti ilə isə komandanın meneceri, yəni komandanın rəisi məşğul olur ki, bu da dünya futboluna “Xəzər Lənkəran”ın verdiyi töhvədir. Yəni belə bir praktikaya dünya futbolunda hələ rast gəlinməyib.

  23. Qardswlar ozuvuzu yormayin Yunis muellimde hec texsir yoxdur texsir kulubun basinda oturub pul gormeyen pulxor rehberlikdedir .

  24. YUNIS BEY DEYIR KI BIR MUDAFIECI DE LAZIMDI,BES BECIRINI NIYE GONDERDIN? BU SUALIMA CAVAB VERSIN.

  25. Lexi ke4exeysen hee 100 %???

  26. Ay Dadaş, bu müasir torba əməliyyatıdır .tör-töküntü tapıb gətirirlər ki ,Yunis  de  bəyənmir .buna  görə də azarkeşlərdə günahı məşqçi də görsünlər .Artıq bunlar “əmakdar torbaçılardı” .
     Admin bilirsiniz UEFA -da “dəllək”liyi “Xəzər”in başında öyrənmək istəyir .Debütünt hakim göndərir Xəzərin Lənkarandakı oyununa .Bir yandan xam hakim ,bir yandan uşaq-muşaq ümidinə qalmış komanda. Yazıq “Xəzər”imiz bütün dünya da sənə qarşı yönəlib.Təkcə Azarkeşlər həmışə sənin yanındadır . 
    ***
    Əslində heç bir klub UEFA tərəfindən haqsızlığa məruz qalmır. Bununla belə UEFA da oturanlar da peyğəmbər balaları deyil. Onlar baxırlar hansı kluba qarşı hansı münasibət göstərmək lazımdırsa onu da edirlər. Burada əsas məsələ, yəni UEFA üçün ölçü ekvivalenti klubların öz azarlkeşlərinə münasibətidir.

  27. Yaxsi oyuncunu baxisa getirmek ucun rehberlik mehsuliyyet dasiyir Yunus bey yox. Yaxsi olardi ki, bizim suallarimiza transferle kimler mesguldu onlar cavab vereydiler. Hani sizin sanballi transferler? Doman kimi oyuncunu klubda saxlaya bilmeyen rehberlikden ne gozleyesn.

  28. antivirus says:

    dadash yersiz suallarla bu gözəl müsahibənin axırını korlama. Birde ki, bu sual artıq dəfələrcə verilib və dəfələrcə də cavabın alıb. Burada sadəcə şərh yazmaq xatirinə sual vermək o qədər də məntiqli deyil. ƏZİZ AZARKEŞ…….

  29. ………………………….
    ………………………….
    ………………………….

    ***
    Bəlkə bir az səbirli olasınız?

    • her il sebr edek axirda da eseb ke4irek… size 1 sual verim.. bezmediz sebr etmekden??? yoxsa gucuvuz ele buna 4atir?

  30. Yunis müəllim, əgər sizə imkan verilsə idi ki, yenidən təlim məşq toplanışını keçirəsiz, nəyi və ya nələri dəyişərdiz?
    -bu nece adamdir. demir emelli transfer ederdim. deyir oteli deyishmezdim!
    belkede bunde gunah yoxdur. transfer etmeye qoymurlar…………

  31. Yunis bey niye emeli transfer olunmur? hami baxsha qelir neye qelr

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


8 − üç =