10 ay əvvəl
Bu sondur yoxsa?
10 ay əvvəl
Heyf…
11 ay əvvəl
Qadağalar qaydası…
11 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

top 12cioyuncuinfo saytının əldə etdiyi məlumata görə “Xəzər Lənkəran”ın yanvarın 30-da keçirdiyi məşqin sonunda maraqlı bir hadisə yaşanıb.

Beləliklə komandamızın hazırlıq keçdiyi arenada “Neftçi”nin bir neçə aşağı yaş qrupları da olub. “Xəzər Lənkəran”ın məşqi bitər-bitməz “Neftçi”nin qapıçılarla çalışan məşqçisi Hüseyn Məhəmmədov qapıda dayanaraq “Xəzər Lənkəran”ın idman direktoru Yunis Hüseynovu səsləyib ona penalti vurmasını istəyib. “Ağ-yaşıl” rəsmisi də dərhal razılaşıb. Zərbə anında Hüseyn Məhəmmədov ətrafdakıların diqqətini çəkəcək qədər nümayişkanə şəkildə əynindəki formanın sinəsində olan “Neftçi” loqosunu göstərərək “vura bilməzsən” desə də Yunis Hüseynov amansız zərbə ilə topu qapıdan keçirib. Klubumuzun idman direktoru qolu vurduqdan sonra “Xəzər Lənkəran”ın gerbini göstərərək “Gördünmü” deyib. Bunu izləyən “Neftçi”nin aşağı yaş qruplarının üzvlərindən bir neçəsi özlərindən asılı olmayaraq gözəl qolu və yerində edilən jesti alqışlayıblar.

4 Şərh

  1. Salam admin qardas ve xezer seven azarkewler. Admin qardaw size bir sual verim.
    Men XEZER.LFC haqinda melumatlari en son 12 ci info az saitinde oxuyuram.. Niye gore bawqa saitlerde XEZER.LFC haqqinda sizden tez xeber yazir?
    Ele melumatlar var ki XEZERE.LFC aid hec burda iwiq uzu gormuyub.
    Tewekkurler.
    ***
    Salam. Diqqət yetirsəniz görərsiniz ki, idman portallarında “Xəzər Lənkəran”la bağlı yayılan xəbərlərin əksəriyyəti boş və mənasız məlumatlar olur. Ona görə biz o xəbərlərə yer ayırmırıq. İdman portalları az qala hər 3-xəbərdən birini “Xəzər Lənkəran”la əlaqləndirirlər ki, oxucu sayını artırıb iş adamlarını göstərsinlər və beləcə reklam yerləşdirilməsi üçün yeni yeni şanslar qazansınlar. Yəni onların “Xəzər Lənkəran”a bağlılığı sırf pul üzərində dayanıb. Bizdə isə əksinədir. Biz qəlbən bağlıyıq “Xəzər Lənkəran”a. Qaldı operativliyin zəifliyinə, nəzərə alın ki, 12cioyuncu.info xəbər saytı yox , məhz azarkeş saytıdır. Başqa sözlə burada daha çox azarkeşlərin müzakirələri üçün şərait yaradılır.

  2. Yunusun sag eli genclerimizin basina. Insallah Simurgla oyunda genclerimiz elinden geleni ederek bizleri sevindirerler.

    OLSADA BU GOC ILI,
    DUSER BIZE AYAGI.
    GENCLESIB KOMANDAMIZ,
    OLMALIYIG DAYAGI.

    CENUB ASLANI OLMAG,
    NESIB OLDU SIZLERE.
    BU ADA LAYIGLIYI,
    SUBUT EDIN BIZLERE.

    Haydi genclerimiz xezer ugrunda Aslan tek vurusun gelebe ozu gelecek. Aslanlar meglubiyyetle barismirlar.Tesadyf meglubiyyet olandada aslan kimi vurusarag meglub olurlar. Ugurlar cenub Aslanlarina.

  3. Salam admin qardaş necesiniz, admin qardaş xezer pfl sifariş erzesini vermeyib orada hele de baş məşqçisi oguz cetini gosterir bu ya pfl qeyri peşəkarlıqdır ya da ki rehberliyin qeyripeşakarlıqıdr o siyahide xezerin kohne futbolcuların hamısının adı var
    ***
    Salam. Ola bilər ki, kimsə səhv edib. Amma daha biz kimlərinsə səhvini düzəldən deyilik. Nə olacaqsa o da olacaq. Gözləyək.

  4. Rovshan Asadov says:

    Təşəkkürlər Yunis müəllim :) maraqlı xəbər idi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


9 − = altı