7 ay əvvəl
Bu sondur yoxsa?
8 ay əvvəl
Heyf…
8 ay əvvəl
Qadağalar qaydası…
8 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

sefer oyunuPremyer Liqanın XXIV turu çərçivəsində sabah, fevralın 28-də doğma meydanda “İnter” klubunu qəbul edəcək “Xəzər Lənkəran” bu gün hazırlıqlarını yekunlaşdırır. 12cioyuncu.info saytının əldə etdiyi məlumata görə komandamız bu gün saat 11:00-da stadionun əsas meydançasında oyunöncəsi son məşqinə çıxacaq. Qeyd edək ki, əsas heyətin 4-futbolçusu “İnter” klubuna qarşı çıxış edə bilməyəcək. Belə ki, Rasim Ramaldanov, Rahid Əmirquliyev və Etame Mbillanın zədə üzündən sabahkı matçı buraxmalı olacaqları məlum idisə, artıq onların sırasına Adrian Skaralatake də qatılıb. Zədələnən Rumın futbolçunun da sabah  komandaya kömək edə bilməyəcəyi deyilir. Əvəzində isə onun həmyerlisi, zədəsini yenicə sağaldan Adrian Pit, eləcə də əvəzedici heyətdən geri qaytarılan gənclər Elnur Cəfərov və Ağabala Ramazanov meydana çıxa biləcəklər.

Əlavə edək ki, bu gün “Xəzər Lənkəran” və “İnter” klublarının əvəzedici heyətləri üz-üzə gələcək. Gənclərimiz paytaxt təmsilçisini stadionun yardımçı meydançasında qəbul edəcəklər. Əvəzedicilərin oyunu saat 14:00-da start götürəcək.

4 Şərh

  1. Axsaminiz xeyir oyun sabah necededi
    ***
    Axşamınız xeyirli olsun: http://az.12cioyuncu.info/?p=32607

  2. Orxan Sadiqlida zedelendi onun yerine mence Aqabala girib limiti doldursa qapidada teze qapci qalarsa onda qelebe bizimdi en azinda teze qapciyada wans vermeyin vaxdidi yoxsa ikinci dovrede qarabaq isdisna olmaqla her kamandadan iki top buraxan orxanin veziyeti hecde urey acan deyil baxmayaraq ki qurtariwlarida kifayet qederdi ama fakt faktiliqinda qalir

  3. ELNUR CEFEROVUN oynamasina cox sevindim.. Nehayet LENKERANLI oyuncumuza azerkeslik ede bileceyik bunun hesretinde qalmisiq.. Onsuzda Nildo Benahu seviyyesiz oyuncuardir.

  4. Azərbaycanlı says:

    Ümidliyəm ki, Hocamız əli altında olan inqridientlərdən antiinter qarışığı ala bilər və yeganə əlac kimi baxdığımız bu türkəçarə soyuq fevralın sonundakı azarlamaları unutdura bilər. Uğurlu Cümə cəmimizə!!!

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


6 − = iki