9 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
10 ay əvvəl
Qadağalar qaydası…
10 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

oyun (1)“Xəzər Lənkəran” Premyer Liqanın XIX turu çərçivəsində yanvarın 31-də “Rəvan”ı qəbul etdi.

“Fırtınalar meydanı”nda saat 13:30-da start götürən qarşılaşma CBC Sport kanalı ilə canlı yayımlanırdı. Oyunu idarə edən hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Kamran Bayramov, İnqilab Məmmədov.

Komandamızın start heyəti belə idi:
Orxan Sadıqlı, Ruslan Cəfərov, Fərid Əsədov, Asif Mirili, Orxan Səfiyaroğlu, Nodar Məmmədov, Vaquf Güləliyev, Tural Cəlilov (kapitan), Zaman Mirzəzadə, Elfad Baləhmədov, Mahsun Qəmbərli.

Ehtiyat heyət: Tərlan Qasımzadə, İlyas Səfərzadə, İbrahim Qədirzadə, Hüseyn Xəlilzadə, Yusif Həsənov, Kənan Həsənov, Əli Əliyev.

İki “gedqayıt” olan baş məşqçilərin komandaları görüşürdü. Belə ki, ölkə futbolunun həqiqi gəzəgən Bəhmən Həsənovu və onun yeni davamçısı sayılan Elbrus Məmmədov çempionatın autsayder komandalarını çalışdıranlar qismində üz-üzə gəlirdilər. İstər heyət baxımından istərsə də turnir cədvəlindəki yerlərinə görə demək olar ki, çempionatın iki ən zəif komandası meydana çıxmışdı. Yəqin elə buna görə idi ki, oyun gözlənildiyi kimi maraqsız alındı. Düzdür hər iki tərəfdə futbolçular əllərindən gələni edirdilər, amma bu heç nəyi dəyişmirdi. “Xəzər Lənkəran” üçün ilk hissə ampualaca müdafiəçi olan Zaman Mirzəyevin tək hücumçu kimi çıxışı ilə yadda qalan oldu. Bir də tribunda toplaşmış az saylı fanatların gah “Xəzər Lənkəran” gah da “istefa” qışqırması, ardıyca isə qarışıq “dəstək” kampaniyasına mühafizəçi müdaxiləsi ilə diqqət çəkdi.

Fotoşəkil futbolinfo.az saytından götürülüb.

tuyqun-istefa

Fasilədən sonra heç bir köklü dəyişiklik hiss olunmurdu. Əvvəlcə “Xəzər Lənkəran” üstünlük əldə edib irəliyə atıldı. Amma rəqibin qapısı ağzında effektli nəsə yarada bilməyincə müdafiəyə oturdu. Qonaq komandanın üzvləri də ardıcıl hücumlardan istifadə edə bilmirdilər. Elə hər iki komandanın çıxışında nizamsız futbol hiss olunurdu. Baxmayaraq ki, “Rəvan”da təcrübəlilər sayca daha çox idi. Hər halda “Xəzər Lənkəran”da bu mənada Tural Cəlilov və bəlkə də az da olsa Orxan Sadıqlı seçilə bilərdisə qonaqların heyətində keçmişdə az çox ad çıxarmış futbolçular var idi. Beləliklə son saniyəyə qədər həvəskarlar liqasını xatırladan futbolu seyr etdik, hesab isə açılmadı ki, açılmadı.

“Xəzər Lənkəran” – Rəvan0:0

 

11 Şərh

  1. Tural Qurbetov ve Vuqar Beybalayev Xl-ya transfer olunub

  2. Respublikanın əməkdar artisti Elbrus Məmmədovun rəhbərliyiylə 3-cü dövrədə özfəaliyyət kollektivinin konsertinə başladıq…

  3. Azərbaycanlı says:

    Ayaq üstündə izlədim…ziddiyyətli hisslərimin dalğavari və burulğanabənzər impulslarından ibarət bir fırtınadan urtarıb otura bilmədi sonadək…Elbrus Məmmədovun halına acıdım. Yunis Hüseynov komandanı ona qaytardı, amma ondan aldıqlarının qalıqları şəklində, heç nə yarada bilmədi Yunis H., heç nədən heç nə yarada bilməməklə yanaşı heç nə də saxlamadı. Onun kəşf etdiyi forvard Zaman ancaq hündür boyuna hesablanan vəziyyətlərdə hücumun sivrisində görünməsinə zərurət görürəm… bir sözlə- apar qaytar… müdafiəyə. Gec də olsa Zamanı ad günü ilə təbrik edirəm.

  4. komandani dagitmaq ucun bir sedd vardi.. O da lenkeran uwaqlari,komandanin öz yetirmeleri… Indi ise “agsaqqal”onlari qiziwdirib yolla saldi… gelenler de bir vaxt pul olmadigi ucun getse (yerli pulsuzluga dözmeyib getdise gelmenin bir gun gedeceyi daha cox inandiricidi) kim oynayacaq komandada? Klub rehberleri?

  5. Elmeddin says:

    Salam axwaminiz xeyir zeif maraqsiz oyunan bawqa ne gozlemli idik beyem belede olmali idi… ALLAH sebr versin deyire bize ancaq Rehbeliyin gunahidi bu yere catmasinda Xezerin ne deyek ALLAH onalarin cezasin versin… Boyuk derdi!!!..

  6. Murad Xezerli says:

    admin neftci ile oyun ne vaxtdi?
    ***
    Fevralın 13-də.

  7. ay qardas rahid zedeli oldugu ucun bu matci biraxdi.Eksine rahid qarabagda boyuk ugura imza atacaq.Bunu her kes gorecek. bu xezerde bizim sebrimizi dasitdirdi REVANI udmayib bes kimi udacaq.

    orxan sadiqli, tural celilov, orxan sefiyaroglu yaxsi oynadi …… qalan yerde qalan futbolcularda formada qalmaq ucun gelibler buradaaaaaaaaa

  8. Eybi yox Zamanın da zamanı indiyə təsadüf etdi,təki effektli (?!) alınsın .bir də Qarabağın AZAl-a uduzması Rahidin 18 -ə düşmə ehtimalını qaldırdı ola bilsin ki,növbəti oyunlarda oynasın ,münəccimlik etmirəm Rahid üçün futbol XL-lə bitdi

  9. Mudafiede oyuncular coxdu … hucum ve cinahlara oyuncu lazimdi bele hecn elde etmek olmaz sirf hucumcu yoxdu bu deqe xezerde zaman mirzeyev mudafiecidi axi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


beş − = 1